Loading...
Loading...
İqtisadiyyat

Bu ilin ilk yarısında əhali avtomobil alışına 231 mln. manat xərcləyib

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən 230,740 mln. manat dəyərində avtomobil alınıb.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% çoxdur.

 

Təkcə cari ilin II rübündə əhali avtomobillərin alışına 129,139 mln. manat xərcləyib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 31,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 397,588 mln. ABŞ dolları (675,890 mln. manat) dəyərində 39 643 vahid avtomobil idxal olunub ki, bu da illik müqayisədə miqdar baxımından 69,3% çoxdur.

Bundan əlavə, cari ilin ilk yarısında Azərbaycanda 795 minik avtomobili istehsal olunub ki, bu da illik müqayisədə 9% və ya 78 vahid azdır.

APA

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button