2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bu iqtidar xalqın qüdrətini dəfn edən “dar ağacıdır”

Hikmət Nikbin

Hələ də bir Xalq kimi günlərin, ayların, illərin itkisini yaşamaqdayıq

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün ölkə ictimaiyyəti iqtidarın oğurladığı, talan etdiyi pulları müzakirə etmədədir. Belə bir vəziyyətdə mənsə son 14 illik idarəçiliyinə nəzər salıb deyirəm, nəinki bir il, bir ay, hətta bir gün belə hakimiyyətin Azərbaycan xalqına fayda verən fəaliyyəti yoxdur. Lap bu siyasi komanda rüşvət və korrupsiya çirkabına batmasaydı da yoluna davam etməyə haqsızıydı. Çünki bu idarəçilik rəngsizdir, cəlbedici deyil. Düşüncə və təfəkkürdən qaynaqlanan ideyalar ortaya qoya bilmir. Bu dövlət maşını cəmiyyət üçün yeni-yeni problemlər ixrac edən təsadüfi adamlar yığnağıdır. Belə olan halda, Xalq bu iqtidarın siyasi baxımdan uzunömürlülüyünə niyə dözməlidir ? Səninləyəm, Xalqım, məgər, İ. Əliyevi pis prezident olmağa and içirtmisən ? Və ya bütün arzularını, bütün sabahını, bütün ömrünü, niyyətini, doğrudanmı, mənəvi baxımdan bu hakimiyyətə bağışlamaq istəyirsən? İqtidar sadə insanları tənbəlliyə alışdırır. 6 ay mənim, 6 ay sənin prinsipsizliyi ilə kasıb zümrənin müəyyən bir hissəsinə.” yardım ” etməklə ələbaxımlılığı davam etdirir. Əhali iqtisadi həyatda nəyəsə nail olmaq barəsində yox, yardım almaq barəsində fikirləşir. Bu qədər resursları olan ölkədə, mübaliğəsiz, hər bir insanı işlə təmin etmək çox rahatdır. Sadəcə, iqtisadi düşüncəyə sahib olmaq bəs edərdi.
Artıq, bu hakimiyyət barədə Azərbaycan xalqının çıxardığı qərarı dünya mediası, beynəlxalq təşkilatları da çıxarır. Azərbaycanı güclü dövlət görmək istəyində olan dostlarımız da bir həqiqəti başa düşür. Başa düşürlər ki, siyasi baxımdan bu komanda bütün uğursuzluğuyla, primitivliyiylə Azərbaycan xalqını “intihara” (yəni əbədi uğursuzluq) aparır.
Bu iqtidar böyük məqsədlərə gedən yolun qurtuluşu deyil. Əksinə, bir dövlət kimi qüdrətimizi özündə dəfn edən “dar ağacıdı”.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button