2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Bu işdə şəhid ailəsini günahlandırmaq olmaz!”

“20 ildi bu problemin içəndəyik, nəyin necə baş verdiyini çox gözəl bilirik”

“Dövlətin ərazi bütüövlüyü təhlükə alıtnda olanda onu müdafiə etmək hər bir vətəndaşın borcudur! Bu zaman şəhid olmaq da, yaralanıb qazi olmaq da olar, bu hər birimizin borcudur və şərəfdir! Dövlətin borcu isə bu yolda şəhid olanların, yaralanıb qazi (yəni əlil) olanın hüquqlarını təmin etməkdir! Canı çıxsın borcunu yerinə yetirsin! Biz 20 ildi bu problemin içəndəyik, nəyin necə baş verdiyini çox gözəl bilirik! Bu işdə şəhid ailəsini günahlandırmaq düz deyil, olmaz! Dövlət, onun bu işə cavabdeh olan adamları var! Canları çıxısn, işlərini görsünlər!”

Moderator.az xəbər verir ki, bu fikirləri jurnalist, I Qarabağ müharibəsi iştirakçısı Rey Kərimoğlu sosial şəbəkədə paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

R,Kərimoğlu onu da bildirib ki, illərdir “qan pulunu” ala bilməyən şəhid ailələri var:

“Misal üçün, 20 ildir 1994-cü ildən bəri şəhid olanların əksəriyyəti (11 min manatdır ) “qan pulunu” – sığortasını ala bilmir! Səsini çıxaranları isə jantajçı, dövlətə təzyiq edən adlandırırlar. Hətta hüquq mühafizə orqanlarına çağırıb hədələnənləri də olub! Təəssüflər olsun ki, dövlətin içərisində yuva salmış bu şərəfsizlərə bir başa və ya dolayısı ilə dəstək olanlar var! Əgər bir şəhid ailəsi səsini çıxarmırsa, susursa bu onun haqqıdır! Özü bilər! Amma başqasını ittiham etməyə nə hüququ, nə də mənəvi haqqı var! Məsələ bu qədər sadə! Sosial şəbəkələrdə Günayın təhqir edilməsinə də qarşıyam! Bu da olmaz, yolverilməzdir!”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button