2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

”Bu, mənəvi işgəncədir”

Mustafa Hacıbəyli Respublika Prokurorluğunda 3 saat dindirilib

Bastainfo.az saytının baş redaktoru Mustafa Hacıbəyli iyulun 20-də Respublika Prokurorluğunda üç saat ərzində ifadə verib.

Vəkili Osman Kazımovun iştirakı ilə dindirilən Mustafa Hacıbəyli ona qarşı münasibəti mənəvi işgəncə adlandırıb.

Bu barədə Meydan TV-yə danışan M.Hacıbəyli deyib ki, ona dindiriləndən sonra prokurorluğun qarşısında gözləməyi tövsiyə ediblər:

Saytların yığılması Saytlarin yigilmasi

“Dindirmə adı altında mənə qarşı təzyiq həyata keçirilir. Sualların qaldırdıqları cinayət işinə heç bir aidiyyatı yoxdur. Saytımızda 1,6 il əvvəl dərc olunan yazıların indiki hadisələrə nə aidiyyatı ola bilər? Ona görə apardıqları araşdırmanı yersiz hesab edirəm. Müstəntiq Elçin Musayevin rəhbərliyi ilə İstintaq Qrupu yaradıblar, sanki başqa işləri yoxdur, mənə qarşı təzyiq etməklə məşğuldurlar. Hər gün təzyiq altında saxlamaq mənəvi işgəncədən başqa bir şey deyil”.

O, vəkilinin qarşılaşdığı durumla bağlı vəsatət verdiyini xatırlatdı.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar. Onlardan biri bastainfo.az saytıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button