SEÇMƏ

“Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq… sülh olmayacaq… onda nə olacaq?!”

Prezident İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Prezidentin rəsmi saytında bu görüş haqqında bir neçə cümlə ilə məlumat verilir. Bildirilir ki, salamlaşmalardan sonra “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparıldı. ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirildi”.

Amma Qafqaz üzrə ixtisaslaşmış siyasi ekspertlər görüşü kifayət qədər geniş şərh edirlər. Beynəlxalq müşahidəçilər onun Prezident Əliyevin Brüsselə, Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan baş naziri Paşinyanla danışıqlara səfərdən imtina etməsindən cəmi bir neçə gün sonra keçirilməsinə xüsusi diqqət çəkirlər. İmtinaya Paşinyanın görüş üçün şərt qoyması səbəb olmuşdu. Ermənistanın baş nazırı tələb etmişdi ki, danışıqlar masası arxasında Fransa Prezidenti Makronun da əyləşməsi mütləq və mütləq təmin olunsun. Makronun aşkar ermənipərəst mövqeyini nəzərə alaraq, Azərbaycan tərəfi bunu qəduledilməz tələb kimi qiymətləndirmişdi. 

Belə vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində Vaşinqtonun təşəbbüsü yenidən ələ almasına imkan yaradır. Eyni zamanda, ABŞ siyasətçiləri müharibənin yenidən alovlanması təhlükəsini önləməyə tələsirlər. İlham Əliyevin “Orta Dəhliz boyunca: geopolitika, təklükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında onlar buna işarə sezirlər.

“Biz düşünürdük ki,.. keçmiş Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Çünki bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyacımız var. Odur ki, Prezident Mişelin təşəbbüsü vaxtında olub. Bilirsiniz ki, Brüsseldə bir neçə raund görüşlərimiz keçirildi və mən hesab edirəm ki, onların hamısı uğurlu oldu”, – deyə Əliyev konfrans zamanı iştirakçıların suallarını cavablandırarkən bildirib. 

“Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. – Əliyev baş nazir Paşinyanın danışıqların davamı üçün şərt qoymasından sonra yaranmış vəziyyəti belə dəyərləndirib. – Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq. Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!”

Gözdən qaçırmayın:  Marakanaso matəmi: 50 il cəza çəkən qapıçı, 65 il sonra ölən qəhrəman…

24 saat 

The post “Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq… sülh olmayacaq… onda nə olacaq?!” appeared first on 24 saat.

24 saat” ““Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq… sülh olmayacaq… onda nə olacaq?!”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button