Now Reading:
Bu ölkə Türkiyə ilə diplomatik əlaqələri kəsdi

Hollandiya Xarici İşlər Nazirliyi Türkiyədəki səfirini rəsmi olaraq geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin də Hollandiyaya yeni səfir təyin etməsinə izn verilməyəcək. Hollandiya Xarici İşlər Nazirliyi iki ölkə arasında yaşanan böhranın həlli üçün danışıqlar aparılmasına son qoyub.

Qeyd edək ki, ötən ilin martında türk nazirlərin toplantılarına qoyulan maneə ilə əlaqədar Hollandiyanın Ankaradakı səfirinin Türkiyəyə buraxılmayacağı açıqlanmışdı.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.