Now Reading:
“Bu ölkəni üç hissəyə bölək!” – Trampa salfet üzərində ŞOK TƏKLİF

“Bu ölkəni üç hissəyə bölək!” – Trampa salfet üzərində ŞOK TƏKLİF

ABŞ prezidenti Donald Trampın köməkçilərindən olan Sebastiyan Qorka Liviyanı üç hissəyə bölməyi təklif edib.
Publika.az xəbər verir ki, bu haqda İngiltərənin “The Guardian” nəşri yazıb.

Nəşrin yazdığına görə, Trampın köməkçisi salfetin üstündə çəkdiyi xəritə ilə Liviyanı Osmanlı dövründəki üç ayrı bölgənin sərhədləri üzərindən bölünməsini təklif edib. Plana görə, Trablus və Tobruk dənizə sahili olan “Trablusgarp” və “Sirenayka” adlı iki ayrı ölkə olmalı, Çad sərhədinə yaxın Fizzan bölgəsində də üçüncü dövlət qurulmalıdır.
Qeyd edək ki, Liviyada hazırda ikihakimiyyətlilik hökm sürür. Qərbdə – paytaxt Tripolidə BMT və Avropanın dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sərracın başçılıq etdiyi Liviya Milli Barışıq Hökuməti fəaliyyət göstərir.
Ölkənin şərqində – Tobruk şəhərində isə Tripolidən asılı olmayan hakimiyyət fəaliyyət göstərir. Tobruk hakimiyyəti generalı Xəlifə Xaftarın başçılıq etdiyi ordu ilə əməkdaşlıq edir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.