Now Reading:
Bu ölkənin Azərbaycana 8 milyon dollar borcu var

2018-ci il yanvarın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,855 mln. dollar təşkil edir.

Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 332,941 mln. dollar təşkil edir. Bu məbləğin 5 mlrd. 245,513 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (297,123 mln. dollar), Yaponiya (216,948 mln. dollar) və Fransadır (216,677 mln. dollar).

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana müvafiq olaraq 16,981 mln., 70,616 mln. və 10,027 mln. dollar borcu var.(APA.az)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.