2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu ölkədə örtünənlər və Quranı pulsuz paylayanlar cərimələnəck

Avstriya parlamenti çadra, niqab və digər örtülü geyimlərdən istifadə edənlərin, həmçinin “Quran”ı pulsuz paylayanların cərimələnməsi barədə qərar qəbul edib.

Qərara əsasən, bu ilin oktyabrından etibarən qadağanı pozanları 150 avro cərimə gözləyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda qaçqınlar və miqrantlar bu ölkədə sığınacaq ala bilmək üçün bir il inteqrasiya kurslarına getməlidirlər. Kurslarda onlara alman dili tədris olunacaq və Avstriya cəmiyyətinin dəyərlərindən bəhs ediləcək.

Qaçqınların üzərinə ictimai işlərdə təmənnasız iştirak öhdəliyi də qoyulacaq. Buna əməl etməyənlər isə sosial güzəştlərdən məhrum ediləcək.

Avstriyanın xarici işlər və inteqrasiya naziri Sebastian Kurts bildirib ki, miqrantlar yalnız bu yolla Avstriya cəmiyyətinin hörmətini qazana bilərlər.

İnteqrasiya tədbirləri hökumətə hər il 200 milyon avroya başa gələcək.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button