2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu ölkənin kinoteatrlarında bitkoinlə ödəniş dövrü başlayır

Tamara Mustafayeva, Banco.az

Bitkoin ilə alış-veriş dövrü artıq kinoteatrlarda da başlayır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bununla bağlı ilk addım isə ABŞ-ın ən böyük kinoteatrlarından biri olan “American Movie Classics” tərəfindən atılıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Şirkətin CEO-su Adam Aron, “Bitkoin barəsində bundan öncəki 10 il ərzində öyrəndiyimdən daha çoxunu axırıncı 6 ayda öyrənməli oldum”, deyə bildirib. O, həmçinin, “Bitkoini ödəniş vasitəsi kimi qəbul etmək üçün lazımi proqramların quraşdırılmasını təmin etməliyik. Hazırda ABŞ-da fəaliyyət göstərən kinoteatrlarımızda “Apple Pay” və “Google Pay” üçün kod yazılması ilə məşğuluq”, deyə əlavə edib.

Sözügedən proseduralar başa çatdığı zaman müştərilər biletləri bitkoin ilə satın ala biləcəklər.

Qeyd edək ki, bu açıqlamadan sonra şirkətin səhmləri 4%-dən çox bahalaşıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button