Now Reading:
Bu peşə sahiblərinin bir saatına 600 dollar verilir, lakin işləmək istəyən yoxdur

Azərbaycanda iş məsələsinə insanlar həmişə diqqətlə yanaşıblar. Yaxşı əmək haqqı olan işlərə hər kəs məmnuniyyətlə gedir və işini itirməmək üçün də böyük səy göstərir.Lakin dünyada elə işlər var ki, onun yerinə yetirilməsi üçün böyük əmək haqqı təklif olunsa da, işləmək istəyən yoxdur.Bizimyol. biz böyük əmək haqqı müqabilində hər zaman işçiyə ehtiyac olan 12 peşənin siyahısını tələb edir.

Heyvan yeməklərinin dequstatoru


Bu işdə işləmək istəyənlərə ildə 40 000 dollar təklif olunur. Heyvan yeməklərinin dequstatoru olmaq üçün mütləq şəkildə heyvan yeməklərini və ya heyvanları sevmək lazım deyil. Dequstator hansı yeməyin hansı heyvana xoş gəldiyini, yedikdən sonra heyvanın pis iy vermədiyini müəyyənləşdirməlidir.

2.Kanalizasiya təmizləyən

Bu işi görənlərə ildə 150000 dollar təklif olunur. Kanalizasiya təmizləyicisindən biokimyəvi biliklərə sahib olmaq, həmçinin dərinliyə baş vurmaq qabiliyyəti tələb olunur. Təmizləyici kanalizasiya turbalarında ilişib qalmış artıq əşyaları çıxarmalı və boruları təmir etməlidir.

Cinayət yerini təmizləyən

Bu işin hər saatı üçün işçiyə 600 dollar təklif olunur. Bəzən bu insanlar hadisə yerində yalnız qan deyil, dəhşət filmlərində göündüyü kim i insan orqanlarının hissələrini də təmizləməli olurlar.

Prezident yeməklərinin dequstatoru


Poison bottle
Çox böyüük əmək haqqı təklif olunsa da dəqiq olaraq nə qədər maaş təklif olunduğu bildirmir. Bu peşə hələ qədim dövrlərdən mövcud olub. Şah saraylarında şahdan öncə yeməkləri dadan xidmətçilər olurdu. ABŞ-da bu işlə xüsusi xidmət orqanlarının əməkdaşları məşğul olsalar da Putinin bunun la bağlı xüsusi əməkdaşı var.

Qolf toplarını toplayan dalğıc.

Bu işi üçün ilə 100000 dollar təklif olunur. Dalğıc istənilən hava şəraitində gölə aş vurub ora tökülən qolg toplarını toplamalıdır. Lakin ilk baxışda sadə görünən bu işin çətin tərəfi ondan ibarətdir ki, dalğıc gün içində ən az 4000 top yığmalı olur. Bu da insan səhhəti üçün təhlükəli sayıla bilər.

Cəsəd toplayanlar

Bu işin yerinə yeirilməsi üçün ildə 25 000 dollar təklif olunur. Meşələrdə ölən heyvan və quş cəsədlərinin toplanması və yandırılması, toröağa basdırılması kimi vəzifələri özündə ehtiva edir.

Bioloji vəsaitlərin hazırlanması

İllik gəlir 30000 dollar təşkil edir. Bunun üçün müxtəlif növ heyvanları- qurbağa, siçan, göyərçin və sairi öldürüb balzamlamaq lazımdır ki, biologiya dərslərində vəsait kimi istifadə olunsun.İşin peşəkarlığı ondan ibarətdir ki, ölmüş heyvanın qan damarlarını bir-birlərindən fəqləndirib arteriya və venalarına müxtəlif rəngli mayelər doldurmaq lazımdır.

Cücələrin cinsini müəyyən edən

Bu iş üçün ildə 60000 dollar təklif olunur.Yaponiya və Böyük Britaniyada quşçuluq fabrikində bu işdə işləmək istəyən insanlar məhz bu qədər əməkhaqqı alırlar.

Sınaqçı kosmonavt

Bu işi üçün verilən pullar milyonlarla ölçülür. 2010-cu ildə 6 rusiyalı kosmonavt 450 gün müddətində qapalı mühitdə saxlanıldı.Bu Marsa uçacaq kosmonavtların uzun müddət qapalı yerdə qaldıqdan sonra dəli olub olmayacağını yoxlamaq üçün aparılan bir təcrübə idi. Nəzəri cəhətdən Marsa getmək üçün250 gün tələb olunur. 30 gün orda qalıb tədqiqat aparmalı olan kosmonavt geri dönmək üçün də 250 gün itirməli olacaq. Beləliklə o 530 gün kosmosda qapalı məkanda qalmalıdır.

Tualet təmizləyən- illik 50000 dollar

Əvvəl axır kimsə bu işi görməlidir ya yox? bunun üçün ABŞ-da bu maaşla vakansiya həmişə var.

İlan Zəhəri toplayan.

Bu iş üçün illik maaş verilmir. İlan zəhəri toplayan bir qram zəhəri min dollardan satır.

Peşəkar xəstə

Maraqlıdır deyilmi? Bəli belə peşə də var- bu işin bir saatına 15 dollar verilir. əsasən tibb universitetlərinin tələbələrini və gənc həkimləri peşəkarlaşdırmaq üçün müxtəlif yaş qruplarından olan insanlar xəstə kimi müraciət edir və müayinə olunurlar. Həm ziyarət, həm də ticarət.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.