2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Bu qanunsuzluq məni önəmli hadisələrdə iştirakdan məhrum edir”

Fevralın 7-də Ali Məhkəmədə araşdırmaçı-jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı ikinci şikayətinə baxılıb. O, xarici ölkələrdə keçirilən tədbirlərə dəvət olunsa da, gedə bilmədiyini deyir. Jurnalistin sözlərinə görə, 2016-cı ilin mayında həbsdən buraxılarkən ona verilən şərti cəza ilə əlaqədar təyin edilmiş 5 il sınaq müddəti əsas gətirilir və beləcə, onu ölkədən çıxmağa buraxmırlar.

X.İsmayıl xaricdəki tədbirlərə dəvət və başqa əsaslarla üç dəfə məhkəməyə üz tutaraq, qadağanın götürülməsini istəsə də, müraciəti təmin edilməyib.

Onun birinci şikayəti ölkəiçi bütün məhkəmə instansiyalarından keçib. Hazırda həmin iş üzrə kommunikasiya mərhələsidir. Azərbaycan hökuməti sorğunu cavablandırmaqdan ötrü Avropa Məhkəməsindən əlavə vaxt istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 7-də Ali Məhkəmədə baxılan kasasiya şikayəti ikinci şikayətə dair qərardan verilib. Məhkəmədə çıxış edən X.İsmayıl həbsdən buraxılması haqda qərarda ölkədən çıxışına məhdudiyyət qoyulması barədə heç nə olmadığından, qadağanın qanunsuzluğunu vurğulayıb: «Bu da o deməkdir ki, Ədliyyə Nazirliyinin strukturu – icra şöbəsi məhkəmənin səlahiyyətini mənimsəyib. Bu qanunsuz qadağa məni pul qazanmaqdan, karyeram və şəxsi həyatımla bağlı önəmli hadisələrdə iştirakdan məhrum edir. Məsələn, mənə verilən mükafatın təqdimat mərasiminə qatıla bilməmişəm. Üstəlik, indi anam müalicədədir və mənim himayəmdə olmasına (digər bacı-qardaşlarım evlidir, öz ailələri var) baxmayaraq, mən ona qayğı göstərmək, müalicəsi ilə bağlı önəmli qərarların qəbulunda iştirak etmək imkanından məhrumam».

Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kasasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

X.İsmayıl bildirib ki, bu məsələ ilə bağlı ikinci və üçüncü şikayət üzrə məlumatlar kommunikasiya dövründə birinci işə əlavə ediləcək. (azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button