2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

'Bu, reallıqdan az olsa belə, yüksək göstəricidir'

Azərbaycanda 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 6.2 faiz bahalaşıb.

Bu barədə bu gün, dekabrın 10-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 7.4 , qeyri-ərzaq məhsulları 4.8, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5.4 faiz artıb.

DSK vurğulayıb ki, bu ilin noyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1.5 faiz, əvvəlki ilin noyabrına nisbətən 11.1 faiz yüksəlib.

İqtisadçı rəyi

İqtisadçı Toğrul Vəliyev də mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, Dövlət Statistika Komitəsinin metodikasına əsaslananda rəqəmlər müəyyən dərəcədə reallığı əks etdirir: “Amma tam da əks etdirmir. Artım daha çoxdur. Sadəcə, biz sahələri bölməliyik və göstərməliyik ki, Azərbaycan əhalisi üçün əsas ərzaq məsələlərdir. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi qida məhsullarında artımı illik 15 faiz göstərib. Bu, reallıqdan az olsa belə, həddindən artıq yüksək göstəricidir”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button