2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Bu riyakarlıq çoxdan bitməliydi…” – 24 saat

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məqsədilə 30 il əvvəl yaradılmış Minsk Qrupu de-fakto ölü quruma çevrilib. 44 günlük müharibədən sonra rəsmi Bakı münaqişənin bitdiyini əsas gətirərək, bu qurumun vasitəçiliyindən imtina etmişdi. Azərbaycan rəhbərliyi bəyan etmişdi ki, Minsk Qrupu ancaq iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması və sülh müqaviləsinin hazırlanması prosesində iştirak edə bilər. 

Ermənistan isə tamamilə əksinə, vasitəçilərin ənənəvi rolunun saxlanılmasında israrlıdır. Rəsmi İrəvan bütün səviyyələrdə bu məsələni qaldırsa da situasiyanı dəyişə bilməyib. Rusiyanın Ukrayna hücum etməsi və kollektiv Qərblə geosiyasi toqquşmaya rəvac verməsi isə vəziyyəti kökündən dəyişib. Əgər 44 günlük müharibədən sonra Rusiya Minsk Qrupunda özünün dominant mövqeyi qalmaqla Qarabağın status məsələsinin müzakirəsini təklif edirdisə, indi ABŞ və Fransanın Rusiya ilə əməkdaşlıqdan imtina etməsindən şikayətlənir.   

Xatırladaq ki, aprelin 8-də Moskvada erməni həmkarı Ararat Mirzoyanı qəbul edən Lavrov demişdi ki, Qərbin “rusofob yanaşması” Rusiya ilə bağlı bütün məsələlərdə tətbiq edilir: “Minsk Qrupundakı fransız və amerikalı partnyorlarımız bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bəyan ediblər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də yerlərdəki bütün digər münaqişələrdə rusofob siyasətin girovuna çevrilərək, öz birtərəfli iradəsini diktə etmək üçün hamını bütün formatlarda qarşılıqlı əlaqəni kəsməyə məcbur edir.

“Biz Qarabağda vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu seçim bizim deyil. Fransa və ABŞ buna qərar veribsə, Allah özü onların hakimi olacaq”, – Rusiya XİN rəhbəri əlavə edib.

Beləliklə, Minsk Qrupunun bundan sonrakı taleyi, Qarabağ münaqişəsinin Rusiya və Qərb arasında rəqabət meydanına çevrilməsi Azərbaycana nə vəd edir sualı aktuallaşır.

Siyasi təhlilçi Rauf Mirqədirov Pressklub.az-a şərhində bildirib ki, əslində, ATƏT-in Minsk Qrupu o qədər də səmərəli format deyildi. “Bu formata daxil olan ölkələr tamamilə fərqli maraqları izləyirdilər. Onlar bildirirdilər ki, biz başqa regionlarda Rusiya ilə rəqabət aparırıq, amma Dağlıq Qarabağ münaqişəsinin həllində vahid siyasətimiz var. Əslində bu, riyakarlıq idi. Çünki uzun müddət tərəflərin maraqları ondan ibarət olub ki, münaqişənin rəqib tərəfin maraqları çərçivəsində həllinin qarşısını alsınlar. Bu format münaqişənin həllindən çox, onun həllini tapmasının qarşısını almağa yönılmişdi”, – ekspert qeyd edib. 

Təhlilçi xatırladır ki, Minsk Qrupunda, həmsədr olsalar da, bir yanda Rusiya, digər yanda ABŞ və Fransa olmaqla, iki tərəf vardı. Onun sözlərinə görə, formal baxımdan üstünlük Qərb tərəfində olsa da, Rusiyanın regiona real təsir imkanları daha böyük idi: “Çünki Kreml münaqişə tərəflərinə ciddi təzyiq rıçaqlarını əlində cəmləmişdi”.

R.Mirqədirov 44 günlük müharibədən sonra regionda vəziyyətin bir qədər dəyişdiyini xatırladır: “Rusiya və Azərbaycan Minsk Qrupunun ölümünü elan etdilər. Rəsmi Bakı hesab edirdi ki, münaqişənin tam həllində ABŞ və Fransa ilə hesablaşmağın heç bir əhəmiyyəti yoxdur. Bu xətt bir müddət davam etdi. Rusiya da hesab edirdi ki, “sülhməramlılarını” bölgəyə yerləşdirdikdən və Azərbaycana siyasi təsir imkanlarını tam artırdıqdan sonra onu tamamilə öz nəzarətinə ala biləcək. O zaman belə güman edirdim ki, biz Rusiyanın tələblərini qəbul edə, onun hərbi bazalarının daim qalmasına razılıq verə, Kremlin inteqrasiya layihələrinə qoşula bilərik. Azərbaycan ictimai fikrində belə fikir hakim idi ki, Qarabağ münaqişəsinin tam həlli naminə Azərbaycan xarici siyasətində və iqtisadi maraqlarında Rusiyaya güzəştə gedə bilər. Bu, olduqca təhlükəli xətt idi. Bir müddətdən sonra məlum oldu ki, Rusiyanın regiondakı xarici siyasətinin iki vacib təməli var. Birincisi, Rusiya ya hər şey, ya da heç nə siyasəti həyata keçirir. Yəni tamamilə mənə tabel olun, imperiyanın bu və ya digər şəkildə bərpasına razılaşın. Ya da mən hansısa formada sizi əzəcəyəm. Ukrayna hadisələri məhz onun bariz göstəricisidir. İkincisi, bu tələbi qəbul etmək mümkün deyilsə, biz heç bir münaqişəni sona qədər həll etməyəcəyik. Həmin dövrdə Qərb də Minsk Qrupunu həyata qaytarmağa çalışırdı, amma bu cəhdlər həddindən artıq zəif idi. Anlayırdılar ki, təsir imanları azdır, ona görə humanitar sahələrdə addımlar atmağa çalışırdılar. Amma o ərəfədə Rusiya Minsk Qrupunun reanimasiya üçün tədbirlərə əl atdı. Belə ki, Rusiya bəyan etdi ki, münaqişənin tənzimlənməsində moderator rolunu özümüzdə saxlayırıq. Siz ancaq köməkçi rolu oynaya, humanitar sahələrdə çalışa bilərsiniz. Minsk Qrupu isə o dövrdə və bu gün üçün qeyri-real olan Qarabağı statusu məsələsini müzakirə eləsin. Bu sxem Rusiyanın münaqişənin tam həll etməmək siyasətinə tamamilə uyğun gəlir”

Ekspert bildirir ki, Moskvanın bu təşəbbüsündən sonra Ukrayna münaqişəsinə qədər Minsk Qrupu müəyyən qədər fəallaşmışdı, bəyanatlarla, təkliflərlə çıxış edirdi: “Yəni onun reanimasiya prosesi gedirdi. Tərəflər öz maraqlarını gerçəkləşdirmək üçün müəyyən addımlar atmağa çalışırdılar. Lakin Ukrayna uğurunda kollektiv Qərblə Rusiya arasında qlobal münaqişə bu cəhdlərə son qoydu. Yəni qrupun ölümü faktiki bu münaqişə ilə bağlıdır. Aydın oldu ki, kollektiv Qərb Rusiya ilə hər hansı sahədə, xüsusən münaqişələrin həlli sahəsində əməkdaşlıq etməmək zərurətini gördü. Belə formatlarda Rusiyanın təmsilçiliyinin ona nüfuz qazandırdığını başa düşdü və imtina etdi. 

Son günlərdə Avropa ölkələrindən 200-dən artıq rus diplomat qovulub. Hətta soyuq müharibə dövründə münasibətlərin səviyyəsi bu qədər aşağı səviyyəyə düşməmişdi. Lavrov bundan narazıdır ki, bizimlə danışmaq istəmirlər. Artıq Qafqazda əməkdaşlığın mümkünlüyü illüziyasını yaratmağa ehtiyac yoxdur. Bu, çox vacib məsələdir”

Rauf Mirqədirovun sözlərinə görə, Cənubi Qafqaz regionu Avropanın Rusiyadan enerji asılılığını azaltmaq siyasətində ciddi rol oynaya bilər: “Söhbət Azərbaycanın özünün enerji ehtiyatlarından getmir, gələcəkdə Azərbaycan Orta Asiyadan, İrandan enerji daşıyıcılarının Avropaya aparılmasında ciddi tranzit rolunda çıxış edə bilər. Bu baxımdan, region açıq rəqabət meydanıdır. Ona görə də Avropa Birliyi Rusiya ilə Qarabağ münaqişəsinin həllində paralel format yaradır və vasitəçi kimi çıxış etməyə çalışır. Beləliklə, Minsk Qrupu formatına yaxın gələcəkdə qayıdış mümkün deyil. Hərənin əlində müəyyən alətlər var. Şarl Mişelin bəyanatına diqqət yetirsək, AB-nin əsas aləti maliyyə imkanlarıdır. Onlar tərəfləri şirnikləndirirlər ki, siz dil tapsanız, biz güclü maliyyə yardımı edəcəyik. Yeni kommunikasiya imkanları, yeni dəhlizlərin yaranması, regionun iqtisadi dirçəlişinə kömək edəcəklər. Beləliklə, münaqişənin həllində beynəlxalq güclərin iştirakı açıq rəqabət mərhələsinə keçir”.

Turqut  

24 saat” ““Bu riyakarlıq çoxdan bitməliydi…” – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button