Now Reading:
“Bu, şərəf və vicdan nümayişiydi” – 8 aprel barədə bir neçə qeyd

“Bu, şərəf və vicdan nümayişiydi” – 8 aprel barədə bir neçə qeyd

Milli Şuranın 8 aprel mitinqi hakimiyyət düşərgəsində narahatlığa səbəb olub. Aksiya bitər-bitməz sosial şəbəkələrdə anti-mitinq kampaniyasına start verilməsi narahatlığın təzahürü sayıla bilər.

Bu dəfə kampaniya bir neçə istiqamətdə aparılır. Mitinqdə say məsələsinin, özünü müxalifət sayan digər təşkilatların aksiyaya dəstək verməməsinin qabardılması və iştirakçıların ələ salınması.

Maraqlıdır ki, anti-kampaniyaya ölkədə dəyişiklik istədiyini bəyan edənlərdən də qoşulan olub. Qəsdən yoxsa, siyasi şüur səviyyəsinin azlığından, bunu demək çətindir.

Lakin Azərbaycanda gerçəkdən dəyişiklik istəyənlər kampaniya aparanları cavabsız qoymayıblar. Onlardan bəzilərinin statuslarını təqdim edirik:

Rəşid Hacılı:

– Talana, korrupsiyaya, hakimiyyətdən istifadə edib ölkəni sümürənlərə qarşı etiraz edənləri alqışlayıram.

Bu ağır şərtlər altında keçirilən aksiya idi. İrticanın tüğyan elədiyi şəraitdə, insanların qorxudan etiraz etməyə cəsarət etmədiyi şəraitdə qəhrəmanların, tutulmaq, əzab-əziyyətlərə məruz qalmaqdan qorxmayan fədakarların keçırdiyi etiraz  nümayişiydi.

Şərəf və vicdan nümayişiydi.

Həm sosial psixoloji, həm də siyasi nəticələrinə çatdı.

Tənqidçilərin, mız qoyanların çox olması sadəcə ümidsizlərin çox olmasıyla bağlı.

Bu isə zaman və an məsələsi.

Vəkil Fariz Namazlı:

– Uzaq sahillərdə filmində Karranti deyir ki, aramızda xain var.

Mitinqlər sonrası o xainlər ortaya çıxıb ürək bulandırmaqla məşğul olur. 88-ci illərdəki kimi ümumxalq toplantısına cəhd etməyənlər mitinqə gələnlər tənqid etməklə məşğuldurlar. Zaman keçdikcə kimlərin kimlərə işləməsi tədricən üzə çıxacaq, ortada əziyyət çəkənsə onlara inanan sadə vətəndaşlar qalacaq.

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli:

– Bu günkü mitinq çox əla idi, kimin nə yazmasından asılı olmayaraq. Təşkilatçılara və xüsusən bütün ləyaqətli iştirakçılara  xüsusi təşəkkür düşür. 1988-ci ildə də xalq hərəkatı bu formada iştirakçı ilə başlayıb və öz nəticəsinə uğurla çatdı.

İqtisadçı Qadir İbrahimli:

– Mitinq iştirakçılarının sayını müzakirə etmək çox mənasız məşğuliyyətdir. Xüsusilə bu müzakirələr mitinq iştirakçısı olmayan və mühacirlər arasında gedirsə, ikiqat mənasız məşğuliyyətdir. Belə mənasız məşguliyyətdənsə YAP-ın mitinqə alternativ olaraq təşkil etdiyi ağac əkmək kampaniyası daha maraqlı məşğuliyyətdir – heç olmasa şəhəri az da olsa yaşıllaşdırıblar. Çalışın daha maraqlı alternativlərlə çıxış edin – cəmiyyəti etirazlar və alternativlər ayaqda saxlayır.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.