Now Reading:
Bu şəxslər avtomobili parklanma qaydalarına uyğun olmayan vəziyyətdə saxlaya bilər

Azərbaycan qanunvericiliyində əlil avtomobillərinə xüsusi güzəştlər nəzərdə tutulub və əlillər bu güzəştlərdən istifadə edə bilirlər.

Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, bu güzəştlərdən biri odur ki, əlillər parklanma yerlərində parklanma qaydalarına uyğun olmayan vəziyyətdə avtomobilləri qoya bilərlər: “Ötən il “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsində dəyişiklik edilib. Dəyişiklikdə göstərilir ki, parklanma yerlərinin əlillər üçün kvotası olmalıdır. Yəni, parklanma yerində yerin həcmindən asılı olaraq, ən azı 5 faiz əlillər üçün nəzərdə tutulmalıdır. Əgər 10 avtomobillik yerdirsə, ən azı 1 yer əlil avtomobili üçün ayrılmalıdır. Bəzi parklanma yerlərində belə yerlər var”.

Ə.Hüseynov bildirir ki, əlillər avtomobillərini qanunsuz parklanma edərsə, yol polisi onun avtomobilini evakuasiya etməyə bilər: “Əgər əlil nəqliyyat vasitəsini qanunsuz park edibsə, yol kənarında ikinci cərgədə saxlayıbsa və hal digər avtomobillərin hərəkətinə mane olursa, həmin vaxt yol polisi bu nəqliyyat vasitəsini evakuasiya edib təhlükəsiz yerdə parklaya bilər. Amma bunun üçün əlil maşınını cərimə meydançasına aparmağa ehtiyac yoxdur. Digər tərəfdən, əgər əlil nəqliyyat vasitəsini qanunsuz yerdə park edibsə, yol polisi onu İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edə bilər”.

Qeyd edək ki, Rusiyada deputatlar əlil avtomobillərinin evakuasiya edilməsinin qadağan olunması barədə qanun layihəsinin hazırlanması barədə Rusiya Dumasına təklif verib. Təkilfə görə, qanunsuz ərazilərdə park olunan əlillərə məxsus nəqliyyat vasitələrinin evakuasiyası qadağan edilməlidir. Deputatlar bu prosesin əlillərə pis təsir etdiyini əsas gətiriblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.