2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bu sənəd Azərbaycana qarşı bir ittiham hökmünə bənzəyir”

Əlməmməd Nuriyev: “MSŞT-dən çıxarılsa, bu, Azərbaycan vətəndaş cəmiyyətinin potensialını xeyli azaldacaq”
“Azərbaycan 2015-ci ildən başlayaraq öhdəliklər üzrə bu istiqamətdə xeyli addımlar atıb”
Kolumbiyanın Boqota şəhərində keçirilən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Beynəlxalq İdarə Heyətinin 36-cı toplantısında Azərbaycanla bağlı uzun müzakirələrdən sonra konsensus alınmayıb. Bunu İdarə Heyətinin üzvü Qubad İbadoğlu məlumat verib. O qeyd edib ki, müzakirələr davam etdiriləcək. “Martın 8-dəki iclasda beynəlxalq idarə heyəti Tacikistan, Solomon Adaları və Qırğızıstanın fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul etdi” – deyə iqtisadçı bildirib.
Qeyd edək ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT – EITI) Azərbaycanın öhdəliklərini müzakirə edir. EITI-nin 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb. Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.
MSŞT-nin beynəlxalq idarə heyətinin otən il oktyabrın 26-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən iclasında Azərbaycanın təşkilatdakı üzvlüyə namizəd statusu saxlanılmışdı. Azərbaycana vətəndaş cəmiyyəti sahəsindəki problemlərin həll edilməsindən ötrü yenidən mart ayınadək vaxt verilmişdi. Bəs hazırda nə vəziyyət nə yerdədir, Azərbaycanın öhdəliklərini yerinə yetiribmi? Bu beynəlxalq qurumda Azərbaycanın fəaliyyəti davam edəcəkmi?
Bu sahədə baş verən proseslərlə bağlı “Bizim Yol” qəzetinə Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının (MSŞA) üzvü Əliməmməd Nuriyev məlumat verib.
“Boqotada dünəndən etibarən MSŞT beynəlxalq İdarə Heyətinin iclası başlayıb. İclasda Azərbaycanla bağlı məsələ də müzakirəyə çıxarılıb. 2015 və 2016-cı illərdə Azərbaycanla bağlı bir sıra qərarlar qəbul edilib və ölkənin qarşısına müəyyən öhdəliklər qoyulmuşdu. Azərbaycan da 2015-ci ildən başlayaraq, bu istiqamətdə xeyli addımlar atıb. Xüsusilə də, vətəndaş cəmiyyəti Mədən Sənayesində Şəffaflıq Koalisiyası ilə bağlı məsələlərdə xeyli işlər görülüb. Koalisiyanın üzvlərinin problemləri praktiki həllini tapıb. Yəni bank hesablarına qoyulmuş həbslər götürülüb, çoxsaylı şəxslərin ölkədən çıxışına qoyulmuş qadağalar, əlavə yoxlamalara məruz qalmaları ləğv edilib, 32 qrant müqaviləsi qeydiyyata alınıb, Koalisiyanın qeydiyyata alınmamış 15 üzvü Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınıb, reyesterdən çıxarışlarla bağlı problem həll olunub. Bundan başqa, Koalisiyada təmsil edilən bir şəxsə qarşı qaldırılmış cinayət işi dayandırıldı, əgər həmin şəxs Azərbaycana qayıdarsa, yəqin ki, cinayət işinə xitam veriləcək. Eyni zamanda, vergi sanksiyaları ləğv edildi. Yəni bütün bu istiqamətlərdə ardıcıl addımlar atıldı. Hətta bununla da kifayətlənməyərək, Azərbaycan QHT sektorunun vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində qanunvericilk dəyişiklikləri barədə bir sıra qərarlar qəbul edildi. Bu, xarici donorlar tərəfindən qrantvermə prosesinin sadələşdirilməsi və bir pəncərə sisteminin tətbiq edilməsi ilə bağlı Azərbaycan prezidentinin 21 oktyabr 2016-cı il tarixli Fərmanıdır. Həmin Fərmanın icrası ilə bağlı yanvar ayında Nazirlər Kabineti iki qərar qəbul edib. Burada xarici qrantlarla bağlı tələb olunan sənədlərin sayı dəfələrlə azaldıldı. Artıq cəmi bir neçə sənəd təqdim etməklə bu məsələ həllini tapacaq. Eyni zamanda, qrant vermək hüququnun əldə edilməsi ilə bağlı sənədlərin siyahısında və müddətlərdə əhəmiyyətli dəyişikliklər baş verdi. Bu gün Azərbaycan vətəndaş cəmiyyəti istənilən maliyyə vəsaitlərinə çıxış etmək imkanı əldə edib. Xidməti müqavilə imzalanarsa, istənilən donordan vəsait almaq imkanına malikdir. Digər tərəfdən, artıq qrant müqavilələrinin qeydiyyatı, yaxud donorluğun əldə edilməsi ilə bağlı təkcə donor yox, həmçinin respiyent də müraciət edə bilər. Yəni bu istiqamətdə müsbət dəyişikliklər baş verib və davam edir. Bir sıra qanunvericilik dəyişiklikləri də bizim tərəfimizdən hazırlanaraq təqdim edilib. Həmin təkliflər də müzakirədədir”.
Əlməmməd Nuriyev əlavə edir ki, Azərbaycan MSŞT-də ən fəal üzvlərdən biri olub. İlk dəfə tamhüquqlu üzv statusunu Azərbaycan əldə edib. Azərbaycan mədən sənayesində şəffaflığına görə BMT-nin, eyni zamanda idarə heyətinin xüsusi mükafatına layiq görülmüşdü. Bu sahədə ən çox hesabat verən olkələr arasında da Azərbaycanın adı var. Yəni MSŞT-nin bütün standartlarına cavab veririk”.
Onun sözlərinə görə bütün bunlara baxmayaraq Boqota konfransı ərəfəsində Azərbaycandan Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının 6 üzvü Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinə müraciət və mövqe sənədinə oxşar bir sənəd təqdim ediblər. “Əslində, İdarə Heyətinə təqdim edilən bu sənəd Azərbaycana qarşı bir ittiham hökmünə bənzəyir. Bu sənədə baxan hər kəs dərhal Azərbaycanın MSŞT prosesində fəaliyyətinin dayandırılmasına qərar verər. Bu ərəfədə maraqlı bir kombinasiya da quruldu ki, Azərbaycandan bəzi şəxslər tərəfindən verilən məlumatlar əsasında bir sıra beynəlxalq hüqiq-müdafiə təşkilatları da  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinə müraciət etdilər ki, Azərbaycanın bu qurumda fəaliyyətini dayandırsınlar. Onlar çox ciddi siyasi tələblər irəli sürürlər. Eyni zamanda, ayrı-ayrı şəxslərin azadlığa buraxılması ilə bağlı məhkəmə prosesinə, bütövlükdə ədalət mühakiməsi prosesinə təsir etməklə bağlı təkliflər verirlər. Halbuki qanunun, hüququn aliliyi məhkəməyə belə təsiri istisna edir. Dünyanın heç bir ölkəsində – nə Avropada, nə Amerikada yoxdur ki, iş üzrə məhkəmə istintaqı bitməyibsə, yekun qərar qəbul edilməyibsə, birbaşa bu cür çağırışlar olmur. Yalnız məhkəmə qərarından sonra hansısa çağırışda bulunmaq olar ki, bu da hüquqa hörmət çərçivəsində olmalıdır”.
Koalisiya üzvünün sözlərinə görə, beynəlxalq təşkilatlar əvvəlki illərdə bu cür iclaslar ərəfəsində eyni müraciətlər veriblər. “Bu müraciətlər Azərbaycandan gedən siqnallar əsasında olur və onların yeganə məqsədi Azərbaycanın bu qurumda fəaliyyətini dayandırmağa nail olmaqdır”.
Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırlması baş verərsə, bunun hansı nəticələrə səbəb olacağı ilə sualımıza hüquq müdafiəçisi belə cavab verir: “Ələbəttə ki, bu, Azərbaycan vətəndaş cəmiyyətinin potensialını xeyli azaldacaq. Hesab edirik ki, MSŞT bizim vətədaş cəmiyyətinin inkişafı, ölkədə mədən sənayesində əldə edilən gəlirlər üzrə üzrə səmərəli nəzarəti həyata keçirmək imkanına malik olmaq üçün mühüm bir fürsətdir. Çox təəssüf ki, içərimizdə olan bəzi şəxslər şəxsi, siyasi maraqları çərçivəsində beynəlxalq təşkilatlarla birgə bu fürsətin qarşısını almağa çalışırlar. Amma buna rəğmən Azərbaycanda Mədən Sahəsində Şəffaflığın Artırılması Təşəbbüsü üzrə QHT Koalisiyasının üzvü olan 140 təşkilatdan 94-ü MSŞT beynəlxalq idarə heyətinin hazırda Boqotada keçirilən iclasının iştirakçılarına müraciət hazırlayıb. Müraciətdə bu təşəbbüsün  Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib, İdarə Heyətinni ölkəminiz fəaliyyətini dayandırmamağa və tam hüquqlu statusunun bərpasına çağırdılar. Eyni zamanda qeyd edilib ki, bu Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası iradəsidir və ona diqqət yetirmək xahiş olunub”.
Ə.Nuriyevin sözlərinə görə, martın 8-də keçirilən müzakirələrdə konsensus əldə edilməməsinin səbəbi, bir neçə QHT-nin Azərbaycanın qurumdan çıxarılmasını tələb etməsidir. O, Boqotada bu istiqamətdə pozitiv qərarlar veriləcəyinə ümid etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button