2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bu saytlara girişi mümkün edən internet resursları da bloklana bilər


Azərbaycanda məhkəmə qərarıyla bloklanmış saytlara girişi mümkün edən internet resursları da bloklana bilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu barədə müraciətinə Ali Məhkəmənin Plenumu müsbət cavab verib. Plenum beş̧ saytın – AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, internet televiziyaları olan MeydanTV və TuranTV-nin, həmçinin, “Azərbaycan saatı” televiziya proqramının saytlarının bloklanması ilə bağlı Ali Məhkəmənin qərarını ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

 

Azərbaycanda 2017-ci il martın sonundan azadlıq.org da daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş̧ əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, bir qədər sonra məlum olub ki, nazirliyin Elektron Təhlükəsizlik Mərkəzi adları çəkilən beş̧ saytın, həmçinin bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması tələbi ilə məhkəmədə iddia qaldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsi bu iddianı qismən təmin edib – yalnız AzadlıqRadiosu, “Azadlıq” qəzeti, MeydanTV, TuranTV və “Azərbaycan saatı”nın saytlarının bloklanmasına qərar verilib. Bu saytlara girişi mümkün edən başqa (güzgü) saytların bloklanması hissəsində isə iddia təmin olunmayıb.

 

Nazirlik Ali Məhkəmənin qərarının ləğvini istəyib

Bakı Apellyasiya Məhkəməsi 2017-ci ilin dekabrında bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə də 2018-ci ilin iyununda bu işə baxıb və aşağı instansiya məhkəməsinin qərarını dəyişməyib.

Ali Məhkəmədəki mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, Plenum nazirliyin şikayəti əsasında apreldə saytlarla bağlı işə baxıb. Məlum olub ki, nazirlik iddiasının tam təmin olunmamasından narazı qalıb, ona görə də Ali Məhkəmənin qərarının ləğvini istəyir. Plenum da bu şikayəti əsaslı sayıb.

Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, saytlarla bağlı iş̧ may ayında bu quruma daxil olub. Bu işin təkrar araşdırılması isə Ziya Şirinovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub: “Artıq məhkəmənin vaxtı da məlumdur, ilkin baxış̧ iclası iyulun 1-nə təyin edilib. Yəqin ki, tərəflərə də bu barədə məlumat veriləcək”.

 

Bloklanmış saytların nümayəndələri isə bildirir ki, Plenumun qərarından xəbərsizdirlər.

AzadlıqRadiosuna və nümayəndəsi Adil İsmayılova Plenumun iclası və qərarı barədə heç̧ bir məlumat verilməyib.

“Əgər Plenumun belə bir qərarı varsa, niyə bizim xəbərimiz yoxdur? Bu məsələ birbaşa bizim maraqlarımıza toxunur, biz tərəfik, mütləq o işə baxılanda bizə də məlumat verilməliydi. Amma heç̧ bir məlumat verilməyib. Nə redaksiya olaraq, bizə, nə də vəkilimizə”, – bunu isə “Azadlıq” qəzetinin baş redaktoru və Turan TV-nin rəhbəri Qənimət Zahid bildirib.

“Bloklama Avropa Məhkəməsi təcrübəsinə uyğun deyil”

Məhkəmə qərarıyla Azərbaycan ərazisində girişin məhdudlaşdırıldığı media orqanları Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər. Artıq bu şikayətlər üzrə kommunikasiya mərhələsi başlayıb, Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında bu şikayətlərlə əlaqədar yazışmalar gedir.

 

Media hüququ üzrə ekspert Xalid Ağalıyev əmindir ki, Avropa Məhkəməsi saytların bloklanmasını ifadə azadlığının pozuntusu kimi qiymətləndirəcək, bu addımına görə dövləti cərimələyəcək: “Çünki bloklama Avropa Məhkəməsi təcrübəsinə qətiyyən uyğun olmayıb. Bir neçə məqaləyə görə bütün resursun bloklanması ifadə azadlığına adekvat müdaxilə sayıla bilməzdi. Bütün bunların fonunda nazirliyin əlavə şikayətlər verməsi pozuntunun dairəsini genişləndirməkdən başqa bir şey deyil. Sadəcə, hüquqşünasların işini, dövlətin təzminat yükünü̈ artırırlar”.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi məhkəməyə müraciətində saytların bloklanması tələbinin Baş Prokurorun müraciətinə söykəndiyini vurğulayıb. Baş prokuror nazirliyə məktubunda sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə proseslərində bu iddiaların əsassız olduğunu bəyan edib.

Pozuntuya yol verildiyi iddia olunan materiallar, əsasən, xarici mediada yayımlanmış və Azərbaycandakı ictimai-siyasi vəziyyətə aid yazıların tərcüməsi, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirdiyi mitinqə aid informasiyalar və hökumətin tənqid olunduğu yazılardır.

AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb. Radionun Bakı bürosuna vergi ilə əlaqədar iki ittiham da daxil, bir sıra ittihamlar irəli sürülüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib. Radio 2017-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button