2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu şirkət pandemiyadan sonra işçilərinə ödənişli məzuniyyət verəcək

Tamara Mustafayeva, Banco.az

Məşhur idman geyimləri firması “Nike” işçilərinə sentyabr ayında bir həftəlik ödənişli məzuniyyət haqqı verəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu ilin sentyabr ayında ofisə geri qayıtmağı planlaşdıran ABŞ-ın idman geyimləri brendi “Nike” işçilərinə maraqlı jest etməyə hazırlaşır. Belə ki, şirkət hazırda məsafədən çalışan işçilərinə sentyabr ayında ofisə qayıtmazdan əvvəl əhval-ruhiyyələrini yüksək tutmaq üçün bir həftə müddətinə ödənişli məzuniyyət haqqı verib.

Saytların yığılması Saytlarin yigilmasi

“Nike” firmasının baş ofisinin direktoru olan Matt Marrazzo şəxsi “LinkedIn” profilindən açıqlama edərək işçilərə dincəlməyi tövsiyə edib. O, bu açıqlamada, “Dincəlmək, stressdən uzaqlaşmaq və sevdiklərinizlə vaxt keçirmək üçün özünüzə şərait yaradın. İşləməyin”, deyə bildirib.

Qeyd edək ki, daha əvvəl elə “LinkedIn” şirkəti də işçilərinə həftəlik məzuniyyət haqqı vermişdi.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button