2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Bu sualın cavabını Məhkəmə Hüquq Şürası tapmalıdır…”

Bu hakimlərə diqqətlə baxın, tanıyın və unutmayın. Həm də onlardan ehtiyatlı olun.
Onlardan biri -1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Məmmədova Şərafət Asif qızıdır.
İkincisi – Tağızadə Mirzə Nəsib oğludur.
Məhz belə hakimlərin qanunsuz qərarları nəticəsində vətəndaşlar öz Prezidentindən, dövlətindən və indiki hakimiyyətdən narazı qalır və nə qədər acı olsa da, dövlətinə inamını itirməklə yanaşı bu hakimiyyəti qınayır.
Şərafət Məmmədova birinci qrup əlil borclu Sədaqət Nuriyevanın yeganə yaşayış yeri olan mənzilini hərraca çıxaran Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Məmmədovun qərarından verilmiş şikayəti mümkün saymır (yəni vətəndaş belə bir iddia qaldıra biməz), Mirzə Tağızadə də notariat orqanı kimi həmin qərarı təsdiqləyir.
Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” 05 iyun 2002-ci il tarixli qərarının 1-ci bəndinə əsasən,  “fiziki şəxs barəsində icra sənədi icra olunarkən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir”.
Şərafət Məmmədova ona görə iddianı mümkün hesab etmir ki,… İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən əsaslarla yox, şəxsi istəyi ilə belə hesab edir.  Şərafət Məmmədova işi qəsdlə uzatmaqla və vaxtında “müvəqqəti xarakterli təminat tədbirləri”ni görməməklə həmin qanunsuz  qərarın icrasına şərait yaratdıqdan sonra, “icra başa çatıb” bəhanəsilə, iddianı mümkün hesab etmir. Halbuki, qərarın icrasının bitməsi iddianı mümkün saymamaq üçün əsas ola bilməz. Çünki icra edilmiş qərarlar barədə maraqlı şəxsin İPM-nin 36-cı maddəsinə (müəyyən etmə və ya tanınma haqqında iddia) əsasən,  “36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.
36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər….”
Hakim Şərafət Məmmədova və Mirzə Tağızadə bu maddədən, görünür, xəbərdar deyillər. Başları elə qarışıqdır ki, Məcəlləni oxuya bilmirlər. Qanunda “artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını tələb etmək hüququ” ola-ola, vətəndaşın iddiasını məhz bu əsasla mümkün saymamaq iki şeydən xəbər verir:
1. ya Şərafət Məmmədova və Mirzə Tağızadə qarşı tərəfdən rüşvət, ya da “yuxarıdan” ciddi tapşırıq alıblar.
2. Ya da hər ikisinin savadı kifayət deyil ki, qanunu bu şəkildə, açıqdan-açığa  pozaraq vətəndaşı öz dövlətindən narazı salırlar.
Təbii ki, biz birincini iddia edə bilmərik. Çünki hakimlərin rüşvət alması barədə əlimizdə heç bir fakt yoxdur. Tapşırıq barədə də bir şey deyə bimirik, çünki əlimizdə fakt yoxdur. Qalır ikinci səbəb. Savadsız olmalarını da deyə bilmərik, çünki, hakim olmaq üçün imtahan verilir və hər ikisi uzun müddətdir ki, hakimlik təcrübəsinə malikdirlər. Onda bir ciddi sual yaranır: niyə?  Bu sualın cavabını isə Məhkəmə Hüquq Şürası tapmalıdır. Çünki onsuz da gərgin olan sosial-siyasi vəziyyət belə hakimlərin fəaliyyəti nəticəsində daha da ağırlaşır.
Qurban Məmmədov, tanınmış hüquqşünas

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button