2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bu xəbərdən sonra bir də dönər yeməyəcəksiniz – VİDEO

İndi sizə təqdim edəcəyimiz kadrlar hər kəsi şoka salacaq. Kadrlarda siçanlar dönər aparatının üzərində gəzişir və orada olan ət qırıntılarını yeyir. Bu görüntülər bir daha dönər satılan obyektlərdəki acınacaqlı vəziyyəti gündəmə gətirib.

Görüntülər o qədər ürəkbulandırıcıdır ki, həmin kadrların üzərini bağlayaraq təqdim edirik.
Şok yaradan və ürəkbulandırıcı bu görüntüləri şahidlərdən biri çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan biridir.

Elə bu görüntülər əsasında biz də sözügedən dönərxanaya getdik. Hansı səbəbdən getdiyimizi biləndən sonra, oranın sahibi və işçilər suallarımızı cavablandırmayaraq qaçdılar
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısıalınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər
Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

O ki, qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button