2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bu xəstəxananın təxirəsalınmaz tibbi yardım şöbəsi ləğv edildi

Moderator.az Səhiyyə Nazirliyinın mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki,
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

Tədbir zamanı bildirilib ki, səhiyyə nazirinin 01.12.2005-ci il tarixli “Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə” 140 saylı əmrinə əsasən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi ləğv edilərək onların funksiyaları Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına verilib.

O da qeyd olunub ki, 2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilib. Bundan əlavə 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Təkcə 2016-cı ilin birinci yarısında daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olaraq qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button