2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Budapeştdə ‘Pegasus’ cəsus izləməsinə qarşı etiraz aksiyası keçirilib

Macarıstanda ictimai xadimləri izləmək üçün qanunsuz “Pegasus” casus proqramı vasitəsi ilə izləmələrə qarşı Budapeştdə etiraz aksiyası keçirilib. 

Ölkənin kommunist keçmişi ilə müqayisə aparan etirazçılar əvvəlcə paytaxtdakı Nazizm və Kommunizm qurbanlarının xatirəsini yad edən Terror Evi Muzeyinə toplaşıblar.

Daha sonra etirazçılar “Viktator” şüarı səsləndirərək Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyasının qərargahına yürüş ediblər. 

Saytların yığılması Saytlarin yigilmasi

Macarıstan hökuməti, qanunun aliliyi və demokratiya məsələlərində bir çox digər Avropa Birliyi üzv dövlətləri ilə anlaşmazlıq içindədir.

Macarıstan hökuməti kəşfiyyat məlumatlarının toplanmasının qanuni bir şəkildə aparıldığını bildirsə də  casus proqramın istifadəsi ilə bağlı iddialara münasibət bildirməyib.

17 beynəlxalq media qurumu və Amnesty Internationalın iyulda yaydığı  bir hesabatda qeyd olunur ki, müxtəlif hökumətlər İsrail şirkəti NSO Group tərəfindən hazırlanan və lisenziyalı “Pegasus” casus proqramından istifadə etməklə  jurnalistlərə, insan haqları fəallarına və dövlət məmurlarına məxsus smartfonları izləyiblər. 

Bu araşdırma nəticəsində ən azı 10 vəkil və beş jurnalist də daxil olmaqla 300-ə yaxın şəxsin rəqəmsal cihazlarının Macarıstandakı casus proqram tərəfindən hədəf alındığı qənaətinə gəlinib.

 

 

24 saat” “Budapeştdə ‘Pegasus’ cəsus izləməsinə qarşı etiraz aksiyası keçirilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button