2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Son dönəmlər “MTN işi”ndə əli olan, dövlətə və dövlətçiliyə xəyanətdə ittiham olunaraq vəzifəsini itirən bir neçə şəxsin nəfinə piar kampaniyasına start verilib.

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun hakimiyyətin ən əhəmiyyətli fiqurlarının telefon danışıqlarını qanunsuz olaraq digər şəxslərə ötürülməsinə razılıq verməsinin üstü açıldıqdan sonra bu sistemdə demək olar ki, yüksək vəzifə tutan şəxslər, xüsusilə də sabiq MTN-in rəhbəri eldar Mahmudova yaxınlığı ilə tanınan kadrlar vəzifəsindən uzaqlaşdırılaraq həbs olundu. Bu siyahıya Mahmudovla qohumluğu olan BTRİB rəisi Beydulla Hüseynov və RYTN aparat rəhbəri Viddi Zeynalov başçılıq edirdi.

Təbii ki, bu qədər böyük cinayətdən sonra Mahmudovun azadlıqda qalması sonradan onun “əlini gücləndirmək” istəyəcəyini də labüd edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Öncə həbs əvəzinə AMEA-nın müşaviri vəzifəsinə təyin edilən Əli Abbasovla başlanan Mahmudov demarşı daha sonra mətbuat vasitəsiylə çox incə siyasətli piara çevrildi.

Məlum oldu ki, kifayət qədər ağır cinayətlər törətdiyi sübuta yetirilən Beydulla Hüseynov və Vidadi Zeynalov dövlətə vurduqları zərəri ödəməyə başlayıblar. Əlbəttə, dövlətə vurulan zərər birmənalı olaraq ödənilməlidir. Lakin bunun ağıllı şəkildə reklam olunması deməyə əsas verir ki, artıq həm B.Hüseynov, həm də V.Zeynalov azadlığa çıxan qapını aralaya biliblər. Əks təqdirdə məqsədyönlü şəkildə onların vurduqları zərəri ödəmələri məhz Mahmudova yaxınlığı ilə seçilən Naxçıvan qruplaşmasının media dayaqlarında yayımlanmaz, əvəzində məhkəmə prosesi zamanı məlum olardı ki, dövlət vurulan zərəri ödətdirməyi bacarıb.

Son yayılan məlumatdan məlum olur ki, Vidadi Zeynalov dövlətə vurduğu zərərin bir hissəsini də (məhz “bir hissəsini də”) evini sataraq ödəyib. Və məlum olub ki, o, bu zaman evini 2 milyon 200 min manata satıb. Təbii ki, Vidadi Zeynalov üçün 2 milyon manat çox xırda vəsait hesab oluna bilər. Lakin piarın uğurlu alınması üçün “evini satıb” yazılması çox əhəmiyyətli məqamdır. Sirr deyil ki, uzun illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri olmuş şəxsin 1 evinin olması və bu evin də cəmisi 2 milyon iki yüz manat dəyərində olması utancverici faktdır. Mətbuatın hələ Zeynalovun vəzifədə olduğu zamanlarda yazdıqlarına nəzər salsaq məlum olur ki, V. Zeynalov üçün İsmayıllı, Qəbələ, Qobustan, Şamaxı və Ağsu rayonlarının telekomunikasiya qovşaqlarının rəhbərlərinin yığışaraq İsmayıllı rayonunda tikdirdikləri “Çaynik” restoranının və Yevlax, Mingəçevir, Tərtər, Goranboy, Gəncə və Bərdə telekommunikasiya qovşaqlarının rəsilərinin Goranboy rayonunda tikdirdiyi “Gülüstan” İstirahət Mərkəzinin hər birinin ən az 5 milyon manat qiyməti var. Lakin nədənsə, Vidadi Zeynalov restoranlarını deyil evini satmaqla dövlətə vurduğu zərəri ödəməyə qərar verib. Görünən budur ki, bu qərar Zeynalovun deyil, onu həbsdən azad etməyə çalışan müəmmalı gücün ağlının məhsuludur.

Məlumat üçün bildirək ki, haqqında bəhs etdiyimiz Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb və 1999-cu ildə Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntulara görə işdən qovularaq həbs edilib.

Daha sonra müəmmalı şəkildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texniki Məsələlər üzrə prorektoru vəzifəsinə təyinat alan Zeynalov Əli Abbasovu idarə edən şəxs kimi tanınıb. Görünür bu keyfiyyəti sayəsində Əli Abbasovun nazir təyinatından 1 gün sonra o, Rabitə Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyinat ala bilib.

24saat.org saytına verilən məlumata görə, hazırda vəzifədə kifayət qədər kadrları qalan Zeynalov yuxarıda qeyd etdiyimiz məqamlar nəzərə alınmadan yaxın aylarda azadlığa qovuşacaq.

Məlumat üçün bildirək ki, təsdiqlənməyən məlumata görə, hazırda onun xilası üçün bacısı oğlu, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyevin ciddi şəkildə danışıqlar apardığı bildirilir.

24saat.ORG

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button