2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Büdcədə dəyişir – Neftin qiyməti 70 faiz artırılır

Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsində neftin qiymətini artırmağa hazırlaşır.

Hazırda qüvvədə olan büdcə haqqında qanunda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dollarından götürülüb. Bu rəqəmin 35 dollar artırılaraq 85 dollara çatdırılması nəzərdə tutulur. Hazırda bununla bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Layihədə büdcənin gəlir və xərclərinin də artırılması nəzərdə tutulur. Mövcud sənəddə gəlirlər 26 mlrd. 816 mln. manat, xərcləri isə 29 mlrd. 879 mln. manat proqnozlaşdırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirələr zamanı deyib ki, bu ilin beş ayında Azərbaycan neftinin orta ixrac qiyməti bir barelə görə 106.3 dollar təşkil edib.

Hazırda Azərbaycan neftinin bir bareli 120 dollardan yüksəkdir.

Hazırda Azərbaycan neftinin bir bareli 120 dollardan yüksəkdir.

“24 saat “Büdcədə dəyişir – Neftin qiyməti 70 faiz artırılır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button