2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Büdcədən ayrılan pullar hara qovuşur?

Yaxud, düzəltmək adı altında dağıtmaq siyasəti

Yaşadığımız ölkənin “gözoxşayan” özəllikləri var. Qısa vaxt ərzində elə bir fərqlilik yaratdılar ki, sevindirməli olan işlər kədərləndirir, kədərləndirməli olan işlər isə sevindirir.
Məsələn, normalda büdcədən hansısa sahənin abadlaşdırılması, hansısa struktura yeni bina tikilməsi, hansısa ucqar kəndə yol çəkiməsi məqsədiylə pul ayrılması sevindirməlidir. Yəni, vətəndaş bu qənaətə gəlməlidir ki, dövlət çatışmazlıqları həll etmək, yaralı yerləri sağaltmaq naminə fəaliyyət göstərir. Amma Azərbaycanda büdcədən pul hansısa sahənini inkişafıyla bağlı, hansısa abadlıq işlərinə görə pul ayırlanda hamı təəssüflənir. Çünki, hamı başa düşür ki, ayrılan pulların adı bir yerin, dadı isə başqa yerin olacaq.
Son günlər yenə də büdcənin sinəsinə dağ çəkilməkdədir. Əvvəlcə xəbər tutduq ki, Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı 4.8 milyon manat vəsait ayrılıb. Daha sonra isə eşitdik ki, Bakı şəhər statistika idarəsinin yeni binasının tikintisinə əlavə 4 milyon manat pul ayrılıb.
Ölkənin ağır vəziyyətdə olduğu vaxtlarda büdcənin talan edilməsiikiqat aqressiya yaradır. Adamın ürəyindən “heç olmasa indiki dövrdə tamahınızı saxlayın” demək keçir. Yuxarıda da qeyd etdiyimiz kimi ayrılan pullar təyinatı üzrə xərclənsə, narahatlığa heç bir əsas olmaz. Hamı bilir ki, milyonların xərclənəcəyi həmin yol qovşağı qısa müddətdən sonra “plastik əməliyyat”a ehtiyac duyacaq. Yaxud, statistika komitəsinin yeni idarəsinin missiyası nədən ibarətdir ki, bir neçə dəfə pul ayırlısa da tikinti başa çatdırılmayıb? Statistik məlumatları daha dəqiq çatdırmaq üçün yeni texnologiyalar alınıb? Yoxsa, bu binanın tikintisinə sərf olunan materiallar o biri planetlərdən gətirilib? Ümumiyyətlə, indiki vəziyyətdə Azərbaycana statistika idarəsi lazım deyil. Çünki, prinsipial məsələlərdə bütün statistik məlumatlar inkişaf iyi verəcək. Məlum olacaq ki, əhalinin vəziyyəti yaxşılaşıb, yoxsulluq səviyyəsi aşağı düşüb, işsizliyin kökü kəsilib və.s Bu ölkədə müstəqil məhkəmə yoxdursa, müstəqil Statistika Komitəsinin olduğuna necə inanaq?
Demokratiyanın, azadlqıların, hüququn binasının uçurulduğu ölkədə, statistika komitəsinə bu qədər vəsaitin ayrılması başadüşüləndir. Hesabatlılıq yox, məsuliyyət yox, şəffaflıq yox.
Bəli, Azərbaycanda büdcədən ayrılan pullar təyinatı üzrə xərclənsəydi, bu pullar korrupsiya libasına bürünməsəydi, bugün ölkədə yaralı sahə olmazdı. Amma gördüyümüz budur ki, 25 milyard dollar xərclənsə də yol-nəqliyyat sistemi iflic vəziyyətdə, kanalizasiya sistemi bərbad gündədir. Hətta ölkənin xeyli yerində hələ də qazsızlıqdan və susuzluqdan əziyyət çəkənlər var.
Deməli, büdcədən ayrılan pullar lazım olan yerə qovuşmur. Azərbaycanda məmurların milyonerə çevrilməsi, vəzifə sahiblərinin dünyanın dörd bir tərəfində özünə imarətlər ucaltması göstərir ki, büdcədən ayrılan pullar ciblərə qovuşur. Tikilən bina da, çəkilən yol da, keçirilən tədbir də məmurun cibi mənasını verir. Bütün “quruculuq” işləri kimlərinsə cibində baş verir.
Müxtəsər, düzəltəmk adıyla büdcədən çıxarılan pullar nəticə etibarilə dağıtmağa xidmət edir. Problemlər böyüyür və buna paralel olaraq da bir qrup adamın cibi böyüyür. Məhz buna görə də büdcədən pul ayırlanda hamını təəssüf hissi bürüyür.

Saytların yığılması Saytlarin yigilmasi

İlham

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button