2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Büdcədən vəsait alan 5 universitetdən 3-ü prezidentin yaxın qohumlarınındır

Qubad İbadoğlu: “Niyə yerli universitetlərə yox, Rusiya universitetlərinə vəsait ayrılır?”

Hər il dövlət büdcəsindən Azərbaycandakı bəzi universitetlərə maliyyə yardımı ayrılır.

Saytların yığılması Saytlarin yigilmasi

2021-ci ilin dövlət büdcəsindən də universitetlərə ümumilikdə 42 milyon 756 min 730 manat vəsait ayrılıb.

Həmin vəsait 5 universitet arasında bölüşdürülüb.

Bakı Dövlət Universitetinin (BDU) payına 1 milyon 704 min 747 manat, Azərbaycan Tibb Universitetinə (ATU) 2 milyon 20 min 586 manat düşüb.

Büdcədən vəsait alan qalan 3 universitetin idarəçiliyi prezident ailəsinə məxsus şəxslərdədir.

Məsələn, 2021-ci ildə Birinci vitse-prezident Mehriban Əliyevanın əmisi Hafiz Paşayevin rektoru olduğu ADA universitetinə büdcədən 19 milyon 306 min 586 manat vəsait ayrılıb.

ADA dövlət büdcəsindən ən çox pay alan birinci universitetdir.

İkinci yerdə 12 milyon 395 min 424 manatla M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı gəlir. Bu universitetə isə Birinci vitse-prezident Mehriban Əliyevanın bacısı Nərgiz Paşayeva rəhbərlik edir.

Büdcədən ən çox pay götürən üçüncü universitet isə 7 milyon 329 min 387 manatla İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialıdır.

Universitetin rektoru İlham Əliyevin dayısı oğlu Əziz Əliyevdir.

Ümumilikdə büdcəsən vəsait alan universitetlərin ikisi yerli yox, xarici universitetlərin Azərbaycandakı filiallarıdır.

Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, büdcəsən universitetlər üçün ayrılan vəsait ədalətli bölünməyib.

Onun sözlərinə görə, həmin vəsaitin 47 faizə yaxını ADA, təxminən 30 faizini Moskva Dövlət Universitetinin Bakı Filialı, 17.63 faizini Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, 4,1 faizini BDU, 2 faizə yaxınını isə ATU alıb.

“Digər Universitetlərə heç bir qəpik də ayrılmayıb. Göründüyü kimi universitetlər üçün nəzərdə tutulan büdcə subsidiyaların 93,95 faizi ailə universitetlərinə çatıb. Yəni bu istiqamətə ayrılan hər 100 manatdan 93 manat 95 qəpiyi “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının payına düşüb”, – deyə Qubad İbadoğlu bildirib.

İqtisadçı bildirib ki, bildiyi qədərilə “ADA” Universiteti təhsil haqlarına görə Azərbaycanın ən bahalı universitetidir.

Üstəlik, bütün infrastrukturu dövlət büdcəsi hesabına tikilib: “Belə olan halda bu qədər vəsaitin ayrılması nəyə xidmət edir? Eyni zamanda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Azərbaycanda fəaliyyətinə ehtiyac varmı? Niyə Azərbaycanda yalnız Rusiyanın universitetlərinin filialları fəaliyyət göstərməlidir?”

Qubad İbadoğlu deyir ki, burada yaranan növbəti sual da var: “Niyə büdcədən yerli universitetlərə yox, məhz Rusiya universitetlərinə vəsait ayrılır? Onu da deyim ki, “QS Quasquarelli Symonds” Tədqiqat Mərkəzi tərəfindən tərtib edilən “QS World University Rankings”də ən yaxşı universitetlərin reytinqində ilk 1000-də Azərbaycandan yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti yer alır”.

Meydan TV gün ərzində Maliyyə Nazirliyindən universitetlərə ayrılan büdcə vəsaitlərinin hansı əsaslarla və şərtlərlə bölünməsi ilə bağlı suallara cavab ala bilməyib.

Meydan TV gün ərzində Maliyyə Nazirliyindən universitetlərə ayrılan büdcə vəsaitlərinin hansı əsaslarla və şərtlərlə bölünməsi ilə bağlı suallara cavab ala bilməyib.

Azərbaycanda universitetlər əsasən təhsil haqqı ilə maliyyələşir.

Bəziləri isə bundan əlavə büdcədən yardım da alır.

Rəsmi statistikaya görə, Azərbaycanda ali təhsil alanların sayı əhalinin təqribən 15 faizidir.

ABŞ-ın John Hopkins Universitetinin 2010-cu il üzrə araşdırmasına görə, cəmiyyətin təhsilli sayılması üçün bu rəqəm 50 faiz civarında olmalıdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button