2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Büdcəyə vergi daxilolmaları azalıb

Yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 204 972 min manat vəsait daxil olub.

Nazirliyin məlumatında belə deyilir.

Məlumata görə, nazirlik bununla bağlı proqnoz tapşırığına 104 faizdən artıq əməl edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla belə ötən ilin analoji dövrü ilə müqayisədə vergi daxilolmaları xeyli azalıb. Yanvar-aprel aylarında toplanan vergilər ötən ilin eyni dövrü ilə müqayisədə 163 milyon manat və ya yeddi faiz azdır.

Nazirlik hesabat dövründə 37 080 vergi ödəyicisinin qeydiyyata alındığını bildirsə də, fəaliyyətini dayandıranlar haqda bilgi verməyib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən 2 dəfə dəyər itirib.

Müstəqil iqtisadçılar deyir ki, devalvasiyanı nəzərə alanda vergi ödəmələrinin reallıqda daha çox azaldığı bəlli olur. Bu isə onların fikirlərinəcə, ölkədə sahibkarlıq fəaliyyətinin ciddi şəkildə geriləməsinin göstəricisidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button