2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Buğda kəskin bahalaşdı

İyulun 25-də dünyada buğdanın qiyməti kəskin qalxıb. Bundan öncə Rusiya həftəsonu Ukraynada Odessa limanına raket zərbəsi endirib, Kremlsə yalnız konkret hərbi obyektləri vurduğunu, bunun taxıl ixracına təsir göstərməyəcəyini deyib.

Kremlin sözçüsü Dmitri Peskov iyulun 25-də deyib ki, Odessada nasos stansiyası yaxınlığına düşmüş iki Kalibr raketi yalnız hərbi infrastrukturu hədəfə alıb. O, zərbənin iyulun 22-də İstanbulda imzalanmış, taxıl ixracı razılaşması ilə bağlı olmadığını sözlərinə əlavə edib. Sazişi Rusiya, Ukrayna, BMT və Türkiyə imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla belə iyulun 25-də buğda fyuçerslərinin qiyməti buşelə görə 4 faizədək yüksələrək $7.86 olub.

Ukrayna dünyada buğda, qarğıdalı və günəbaxan yağının ən böyük ixracatçısıdır. Müharibə başlayandan limanların bağlanması daşımalara təsir göstərib.

Ukrayna qüvvələrinin iyulun 25-də HIMARS raket sistemləri ilə Rusiyanın 50 sursat anbarını dağıtdığı bildirilir. Məlumatı Müdafiə naziri Oleksey Reznikov verib. Ancaq deyiləni müstəqil təsdiqlətmək mümkün olmayıb.

Ukrayna qüvvələrinin iyulun 25-də HIMARS raket sistemləri ilə Rusiyanın 50 sursat anbarını dağıtdığı bildirilir. Məlumatı Müdafiə naziri Oleksey Reznikov verib. Ancaq deyiləni müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiyanın Müdafiə Nazirliyi isə öz növbəsində Ukraynanın Xmelnitski vilayətindəki Bohdanovtsidə HIMARS sistemlərinin sursat anbarını dağıtdığını bildirib.

Rusiya daha öncə də Qərbin Ukraynaya verdiyi bir neçə HIMARS sistemini məhv etdiyini deyib, ancaq Kiyev iddiaları rədd edib. (Azadlıq Radiosu)

“24 saat “Buğda kəskin bahalaşdı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button