2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

BUGÜNƏ QƏDƏR APARILAN MÜBARİZƏ NƏYİ DƏYİŞİB?

Dostlar, əminliklə deyirəm ki, bugünə qədər aparılan mübarizə hədər getməyib. Bəzən mübariz insanları ruhdan salmaq, özünəinam hissini öldürəmk üçün “neçə ildir mübarizə aparırsız, amma heç nəyə nail olmamısız” ittihamı səsləndirilir. Yaxud, bu ittihamı sual formasına keçirib “Gecə-gündüz yazırsız, etiraz edirsiz, nə xeyri olub, nə dəyişib” deyirlər.
Tam məsuliyyətimlə deyirəm ki, bu ölkədə tənqidçi səslər tamamən kəsilsəydi, prinsipial müxalifət tamamən sıradan çıxarılsaydı, hamını susdurmaq mümkün olsaydı, bu gün Şimali Koreya ilə “qardaşlaşmış ölkə” olacaqdıq.
Bu qədər yazılanların, etirazların, tənqidlərin, ifşaların nəticəsidir ki, şər mütləq qələbə əldə edə bilməyib. Həbsxanalar siyasi məhbuslarla doludursa, hökumət tənqidçi saytları bloklayırsa, müxalifət partiyasına basqılar ən yüksək həddə çatıbsa, cəbhəçi olduğuna görə adamları işdən çıxarırlarsa, deməli mübarizə hədər getməyib. Deməli, hökumət bu mübariz insanların varlığına görə istədiyini tam əldə edə bilməyib.
Əgər həqiqətləri üzə çıxaran, yalanları ifşa edən, haqqı tapdananların haqq səsini dünyaya çatdıran, həbslərə, işgəncələrə sinə gərən insanlar olmasaydı, bu gün Azərbaycanda insan həyatı bundan da ucuz olardı. Zülmlə savaşanlar olmasaydı, Azərbaycan təcrid vəziyyətinə düşərdi. Kimsə evinin uçurulduğunu, maaşının verilmədiyini, övladının öldürüldüyünü dilə gətirə bilməzdi.
Əslində, uzun illərdi şərlə döyüşənlər, Azərbaycan xalqının “sığorta kartı”dır. Bəli, mübarizə qələbəylə nəticələnməyib, amma məğlubiyyət bayrağı da qaldırılmayıb.
Bugün həyatını risqə qoyub, xalqın haqqı uğrunda mübarizə aparanlar sıradan çıxsa, ölkəni qan gölünə çevirərlər. Gecə-gündüz real müxalifətə qarşı aparılan repressiyanın məqsədi də budur. İstəyirlər ki, mübarizə dayansın və manqurtlaşdırma başa çatdırılsın.
Ona görə də bugünə qədər aparılan mübarizəni nəticəsiz hesab etmək olmaz. Bir anlıq təsəvvür edin ki, səngər boş qalsaydı, bu ölkədə nələr olardı. Bugünə qədər aparılan mübarizənin böyük nəticəsi var. Bu nəticənin mütləq qələbədən ibarət olması isə, xalqın iradəsindən asılıdır.

İlham

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button