2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bugünki qəzada yaralanan tələbə: “Qız iki oturacağın arasında qalıb öldü” – FOTOLAR

“Qəza zamanı ölən qızın adı Çinarə olub. O, iki oturacağın arasında qalaraq ölüb”.

BiG.AZ xəbər verir ki, bunu istipress-ə açıqlamasında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alan yaralı tələbələr deyiblər. Onların sözlərinə görə, avtobus sürətlə hərəkət edib.

Bu zaman onun qarşısına yük maşını çıxıb. Manevr etmək istəyən zaman daş daşıyan “Kamaz”a və “ZİL”ə dəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qəza anında sürücü özünü itirib və maşın idarəetmədən çıxıb. Bu zaman bəzi tələbələr özlərini qəzaya uğrayan avtobusdan atmaq istəyiblər. Ölən tələbə İbrahim Nəsirov da məhz bu zaman ağır xəsarətlər alaraq ölüb.

Xatırladaq ki, içərisindəki sərnişinlərin böyük əksəriyyəti tələbələr olan “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu bu gün səhər qəzaya uğrayıb. Nəticədə 5 gənc ölüb. Onlardan biri qız, digərləri isə oğlandır. Tələbələrdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

23 nəfər isə yaralanıb. Vəziyyəti daha ağır olan yaralılar Kliniki Tibbi Mərkəz, bəziləri isə Sumqayıt xəstəxanasına yerləşdirilib.

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov açıqlamasında Bakıda xəstəxanaya yerləşdirilənlərin Nəsirzadə Lalə, Həmidov Emil, Sadiqov Rəsul olduğunu deyib. İkinci kurs tələbələri 1998-99-97-ci il təvəllüdlüdürlər.

Bugünki qəzada yaralanan tələbə: "Qız iki oturacağın arasında qalıb öldü" - FOTOLAR
Bugünki qəzada yaralanan tələbə: "Qız iki oturacağın arasında qalıb öldü" - FOTOLAR
Bugünki qəzada yaralanan tələbə: "Qız iki oturacağın arasında qalıb öldü" - FOTOLAR
Bugünki qəzada yaralanan tələbə: "Qız iki oturacağın arasında qalıb öldü" - FOTOLAR
Bugünki qəzada yaralanan tələbə: "Qız iki oturacağın arasında qalıb öldü" - FOTOLAR

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button