2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bugünümüzə şükür

Yaxud, Elman Rüstəmovun xalqa bəxş etydiyi sevinc

İlham Hüseyn

Hökumətimizin sayəsində “komediyalar aləminə səyahət”imiz davam edir. Ölkənin başının üstünü qara buludlar alsa da, hökumət yumor hissini itirmir, əhaliyə səbət-səbət təsəlli paylayır. Son olaraq isə Mərkəzi Bankın sədri Elman Rüstəmov əhaliyə bir qucaq sevinc bəxş etdi. Baş bankir deyib ki, vəziyyət ağırdı, gələn il də ağır olacaq, amma 90-cı illərdə bundan da ağır idi. Bu “arqument”dən sonra ölkə vətəndaşının simasında çiçək açıb. İnsanlar başa düşüb ki, naşükrlük eləmək olmaz. Vətəndaş dərk edib ki, ömürlərdən kəsib hökumətin ömrünə calamaq lazımdı. Bizi 90-cı illərin çətinliklərindən xilas etdiyinə görə hökumətə dualar edilməlidir. Bəli, 2016-cı ilin noyabr ayında Elman müəllim bizi elə sevindirdi ki, heç 90-cı illərdə belə sevinməmişdik.

Saytların yığılması Saytlarin yigilmasi

120 milyard neft pulunu talan etmək, vətəndaşı borc bataqlığına salmaq olar. Əsas odur ki, 90-cı illərdən yaxşı vəziyyətdəyik. 90-cı illərdə büdcəmiz 1 milyarddan az idi, indi isə 10 milyardın ətrafındadır. Acından ölməkdə olan vətəndaş bu fakta nəzər salıb, xoşbəxtliyin dadını çıxarmalıdır. Bəli, biz bugünkü səfalətə və rəzalətə ona görə dözməliyik ki, 23 il əvvəl vəziyyət bundan da pis idi.

Hətta Elman Rüstəmov təvazökarlıq edib. Orta əsrlərə, qədim dövrə, eramızdan əvvələ nəzər salanda, indiki vəziyyətimiz şükrlüdür. İbtidai icma dövründə qazımız, işığımız, valyutamız yox idi. İndi isə, uzaqgörən və bacarıqlı hökumətimizin sayəsində kef eləyirik.

90-cı illərdə göydə peykimiz, alov qüllələrimiz də yox idi. Ölkəmizdə Avropa Oyunları, Fomula-1 keçirilmirdi.

Elman Rüstəmovun bu xatırlatmasından sonra ölkədə bayram əhval-ruhiyyəsi yaranıb. Düzdü, 90-cı illərdə adambaşına düşən xarici borcumuz 9 dollar, indi isə 1000 dollardı. 90-cı illərdə həkimlər, müəllimlər kommunal xərclərdən azad idi, indi 100 faiz artımla ödəniş edəcəklər. 90-cı illərdə korrupsiya, monopoliya, repressiya yox idi, indi isə bu parametrlər üzrə rekord vururuq. 90-cı illərdə seçki, müstəqil məhkəmə var idi, indi rəhmətə gedib. Amma bütün bunlara baxmayaraq 90-cı illərdə dənizkənarı parkda “Şeytan çarxı” yox idi, bayraq dirəyi 165 metr uzadılmamışdı, olimpiya stadionu tikilməmişdi.

Elman müəllim haqlı olaraq 90-cı illərə səyahət etdi və xalqa “buğününüzə şükr edin” mesajı verdi.

Biz gözləyirdik ki, 120 milyard neft pulundan sonra ölkəmizi qabaqcıl Avropa ölkələri ilə müqayisə edəcəyik. Amma mötəbər və möhtəşəm hökumətimiz “kişinin sözü bir olar” prinsipiylə hərəkət edərək yalnız Ermənistanla müqayisə aparır. Düzdü, qiymət artımı məsələsində Avropa ölkələrinə də istinad edirlər. Amma maaş, seçki, səhiyyə, təhsil, insan haqları məsələsindən söhbət düşəndə YAP hökumətinin öz yolu var.

Xülasə, Elman müəllimin sözlərində böyük həqiqət var. 90- cı illərdə Azərbaycan bu vəziyyətdə deyildi. 23 ildən sonra şahidi olduq ki, ölkəni minib çapmaq , qamçılamaq, vətəndaşı qula çevirmək də olar.

Geriyə inkişafımız o qədər sürətli olub ki, orta əsrlərə çatmışıq. Amma bugünümüzə də şükür. Şükrlər olsun ki, dinazavrlar dövrünə gedib çatmamışıq.

Bu badələri də peykimizin sağlığına qaldıraq. Təşəkkür edirik, manat qədər ömrünüz olsun.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button