2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bulvar 5 gün bağlı olacaq

«Formula-1» yarışları ilə əlaqədar Bakı bulvarı 5 gün sakinlərə qapalı olacaq.

AZƏRTAC-ın xəbərinə görə, «Formula 1 Şəhərciyi»nin yerləşdiyi bulvara iyunun 15-də saat 00:00-dan etibarən əhalinin girişinə məhdudiyyət qoyulacaq. Məhdudiyyət iyunun 20-də, saat 12:00-da aradan qaldırılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Yarışa bileti olan azarkeşlər isə iyunun 16-da saat 14:00-dan etibarən bulvara daxil ola biləcəklər.

Yarışmanın keçiriləcəyi ərazi nəqliyyata daha tez qapadılacaq. Bakı şəhər halqasının keçdiyi küçə və trekin əhatə etdiyi ərazilər iyunun 14-dən 21-dək bağlanacaq.

Təşkilatçıların bildirdiyinə görə, trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xəqani və Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək.

İyunun 16-da saat 14:00-dən etibarən yalnız bilet sahiblərinin bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində, sadəcə, «Park Bulvar» alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

«Formula-1» Avropa Qran-prisinin Bakı mərhələsi bu il iyunun 17-dən 19-na kimi davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button