Cəmiyyət
Bulvarın rəis müavini BDU-da vəzifəyə təyin edildi

Bakı Dövlət Universitetində (BDU) kadr dəyişikliyi baş verib.
BDU-nun rektor əvəzi Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. O, şöbədəki digər vəzifəsini davam etdirəcək. Rektorun digər əmri ilə Nazim Məcidov BDU-nun Kadrlar şöbəsinin müdiri təyin edilib.
Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, Strateq.az-a açıqlamasında xəbəri təsdiqləyib: “Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.
Qeyd edək ki, ötən ilin dekabr ayında təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.