2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bundestaqın vitse-prezidenti ilə görüşdə mühacirlərin həbsi də müzakirə edilib

Yayımlandı: 19 İyul 2022 13:27

Fikrət Cəfərli: “Əsasən, insan hüquq və azadlıqları barədə danışdıq”

İyulun 18-də “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli, vəkillər Cavad Cavadov, Elçin Sadıqov, Zibeydə Sadıqova və hüquq müdafiəçisi Fuad Həsənov Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhartla görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Meydan TV-yə Fikrət Cəfərli məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, görüşdə o və Fuad Həsənov insan hüquqları və əsas azadlıqlarının vəziyyəti, “Tərtər işi”, siyasi məhbuslar, Almaniyadan deport olunmuş keçmiş siyasi mühacirlərin həbs edilməsi, sərbəst toplaşma və digər məsələlərə toxunub.

Vəkillər isə vəkillik instutunun durumu, siyasi məhbuslar və gündəmin başqa məsələlərindən danışıblar.

Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhart iyulun 18-də Azərbaycana səfər edib. Bu gün səfəri başa çatan Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart dünən bir qrup vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçiləri və rəsmilərlə görüşüb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button