Loading...
Loading...
Cəmiyyət

Bunlara üçüncü doza vaksin tövsiyə olunur

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 25-də birgə məlumat yayıb.

Məlumatda vurğulanır ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər iki doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin üçüncü doza (buster) ilə peyvəndlənmələri tövsiyə edilir.

“Bunun üçün vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir”, – məlumatda yazılıb.

Qeyd edilir ki, “Peyvənd sertifikatı” müddətsizdir və üçüncü dozanın vurulması onun müddətinə təsir etmir.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb. İndiyə kimi ölkədə birinci mərhələdə 3.7 milyon, ikinci mərhələdə isə 2.4 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 25-nə kimi 398 mindən çox şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan da 5 min 370-nin vəfat etdiyi bildirilib.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button