Cəmiyyət

“Bunu edən vətəndaşlar 80-100 manat məbləğində cərimələnə bilər”

Ərşad Hüseynov: “Yola özbaşına müdaxilə qadağandır”


Son vaxtlar adi vətəndaşlar, eləcə də otel, mağaza, restoran və s. sahibləri tərəfindən ev və obyektlərinin qarşısında avtomobillərin sürətini azaldan tramplinlərin inşası kimi hallar artmaqdadır. Əlaqədar dövlət qurumlarının razılıı olmadan yola müdaxilə edən bu şəxslər, bunu təhlükəsizlik məqsədi ilə etdiklərini əsas gətirərək, burada heç bir qanun pozuntusu olmadığını iddia edir.

Maraqlıdır, aidiyyati dövlət qurumlarının razılığı olmadan hər hansı bir vətəndaşın öz evi və ya obyekti qarşısında bu cür tramplinlər quraşdırmasına qanun icazə verirmi? Bu qəbildən olan vətəndaşlarala bağlı qanunvericilikdə cərimə nəzərdə tutulubmu?

Moderator.az-a açıqama verən nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bunun yolverilməz olduğunu bildirib:

“Kiminsə əlaqədar qurumun razılığı olmadan bu cür tramplinlər quraşdırması qanunla qadağandır. Bunu edən vətəndaş 80-100 manat məbləğində cərimə oluna bilər. Yol ümumi istifadədə olan yerdir. Ora kimsə şəxsi mülki, şəxsi əmlak kimi müdaxilə edə bilməz. Yolla bağlı bələdiyyə, DYP və ya digər əlaqədar dövlət qurumu ilə razılaşdırmadan sonra hansısa addım atmaq olar. Özbaşına nə isə etmək qadağandır”.

Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close