2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bürc – 07 APREL

Unutmayın, ulduz falı sadəcə təxmindir!

Qoç – bu gün baş verəcək hadisələrə real baxın. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək. İzafi xərclər etməyin, alış-verişdə diqqətli olun. Qiymətli əşyanızı itirə bilərsiniz. Onsuz da əməl etməyəcəyiniz vədlər verməyin.

Bütün bunlara rəğmən, mənfi təmayüllərin öhdəsindən gəlmək olar. Gördüyünüz hər işi sona çatdırın, nöqsanlara yol verməyin. Hətta ən ciddi xətaların yaşanmasına şərait yaratmayın. Ətrafınızdakı insanların qarşısında qoyduğunuz tələblərini özünüzə tətbiq etsəniz, hər şey alınacaq.Axşam saat larında ailə üzvləri və yaxın qohumlarla səmimi, gülərüz olun. Kənardakı problemləri evə daşımayın.

Buğa – yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.  Planlaşdırılmamış heç nə almayın. Yox, əgər pul xərcləmək istəyirsinizsə – əyləncəyə sərf edin.

Saytların yığılması Saytlarin yigilmasi

Günün ikinci yarısı yaradıcı potensialla bağlı olacaq. Yeni ideyalarınız yarana bilər.

Əkizlər – bu gün enerjili və fəal olacaq, mümkün qədər çox iş görməyə çalışacaqsınız. Aktiv olsanız, niyyətləriniz reallaşacaq. Yaxın dostlar və qohumların problemlərinin həllində iştirak etməyə çalışacaqsınız. Amma əsla tanımadığınız insanların işlərinə qarışmayın. Bədxahlarınız və fırıldaqçılar bu gün sizdən sui-istifadə etməyə çalışmayacaqlar. Ailə üzvləriniz sizə yardım etməyə çalışacaq, dəstək olacaqlar. Yaxınlarınızla fikir ayrılıqları keçmişdə qalacaq. Ümumi problemlər sizi birləşdirəck.

Xərçəng – bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz. Yeni, hətta çətin problemləri həll edə bilərisniz Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar. Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz. Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir – bu gün xeyli çoxlu və fərqli maraqlı hadisələr baş verə bilər. Yeni imkanlarla qarşılaşacaqsınız. Onlardan yararlanın. Ən başlıcası isə budur ki, ənənəvi üsullardan imtina edərək eksperimentlərə başlamağa cəsarət tapın. Yeni ideyalarınız nə qədər çox olarsa, sizə yardım etmək istəyən yeni insanlarla tanış olacaqsınız. Seminarlar, mühazirələr, ixtisasartırma kursları, dövlət idarələrində və qurumarında problemlərin həll olunması üçün yararlı gündür. Vaxtınızı səmərəli keçirməklə yanaşı, yeni əlaqələr yaradın. İşgüzar səfər mümkündür. Axşam saatlarında istirahət edin, sosial şəbəkələrdə vaxt keçirməyin.

Qız – bu gün əzmli, indkar, qarşısına qoyduğu məqsədə çatmağa çalışan insan olun. Məhz qətiyyətiniz, əzminiz sayəsində keçilməz sandığınız səddi keçəcək, həllini mümknsüz saydığınız problemi həll edəcəksiniz. Yaxın ətrafınızdakı insanlar temp və iş intensivliyinizə çatmaq istəsələr də, onlar üçün çətin olacaq. Çünki iş ritiminiz çox yüksəkdir. Əgər səbrli olsanız və mükafatın dərhal əldə olunmadığı fikri ilə barışsanız, onda gələcək uğurlarınızın əsasını qoya bilərsiniz. Gün uzunmüddətli planlaşdırma, anlaşmaların əldə olunması, yeni perspektivlər üçün əlverişlidir. Yeni, gözləmədiyiniz imkanlar yarana bilər. Şəxsi həyatınızda önəmli qərarlar qəbul edə bilərsiniz.

Tərəzi – bu gün istirahət üçün olmasa da, bir qədər dincəlmək və aramla çalışmaq üçün yararlıdır. İşdə həddən ziyadə çalşımayın, yalnız gündəlik qayğıların həlli ilə məşğul olun. İş yerində diqqətsiz olmayın. Fikriniz dağınıq olarsa, problemlərlə qarşılaşacaq, hətta adi, rutin işləri yerinə yetirə bilməyəcəksiniz. İstənilən danışıqlar və müzakirələr zamanı diqqətli olun. Sizi aldada bilərlər. Sükan arxasında çox oturmayın. Mürəkkəb avadanlıq və kompüter arxasında çox vaxt keçirməyin. Ailə üzvləri və yaxınlarınızla təmaslarda problemlər yaranmayacaq. Onlar sizi anlamağa çalışacaqlar. Yeni tanışlıq ehtimalı azdır.

Əqrəb – bu gün uzunmüddətli planlar qurmaq, perspektivlə bağlı hesablamalar aparmaq olar. Çox konkret, qəti tədbirləri və genimşiqyaslı işləri təxirə salın. Bu gün belə işlərə başlasanız, onları bitirə bilməyərək yarımçıq qoyacaqsınız. Dostlar, qohumlar və iş yoldaşları ilə mübahisələr mümkündür. Həmin şəxslərdən birinin sizdən bərk inciməsi istisna deyil. Axşam saatlarını evdə keçirmək məsləhətdir. Qonaq dəvət elmək olar. Evdən kənarda vaxt keçirmək istəsəniz, xoşagəlməz anlar yaşaya bilərsiniz. Özünüzə və imkanlarınıza olduğundan artıq qiymət verməyin.

Oxatan – bu gün dəvət olunduğunuz tədbirə qatılmaq üçün əlverişlidir. Toya dəvət alıbsınızsa, mütləq gedin. Tanınmış, hörmətli insanlarla tanışlıq mümkündür. Belə tanışlıq sonra sizə xeyirli ola bilər. İşdə şövqlə və əzmlə çalışın. Yaranan problemlərin çoxunun mürəkkəbliyini tam anlamasanız da bu, sizə, həmin problemləri çözməyə mane olmur. Yaxın ətrafınızdakı insanlar sizə güvənir, etibar edirlər. Onların bəziləri hətta sizin təcrübənizdən yararlanırlar. Əmlak, pul və əşyalarınızdan göz-qulaq olun. İtkilər ola bilər.

Oğlaq – bu gün işgüzar aktivliyiniz artacaq, yeni məqsəd və hədəfləriniz yaranacaq. Yeni nə isə öyrənmək, bilikləri və bacarıqları artırmaq üçün əlverişli gündür. Vəzifə səlahiyyətləriniz və görəcəyiniz işin miqyasının artması mümkündür. İş daha çox vaxt və güc tələb edəcək, amma gəlirləriniz də artacaq. Ən adi, rutin işlərə belə, yaradıcı yanaşın. Gün sizə darıxdırıcı təsir bağışlamayacaq. Təkid və qətiyyətiniz işdə rəhbərliyin nəzərindən yayınmayacaq. Yaşlılarla münasibətləriniz əladır, ancaq yaşıdlarınız və özünüzdən kiçiklərlə də rəvan təmaslarda olun. Romantik münasibətlərinizdə sayıq olun. Cazibədar, amma ağlı ilə fərqlənməyən insan sizi yanılda bilər.

Dolça – ehtiyatlı olun, bu gün sizi tələyə sala bilərlər. Tənqidlərlə bahəm, tərifləri də soyuqqanlı, təmkinli qəbul edin. Təxribatlara uymayın. İş yoldaşlarınız və tərəfdaşlarla münasibətləri rəvan saxlayın. Ən cüzi, səthi formada belə, mübahisələrə yol verməyin. Çətin durumlarda sakit və soyuqqanlı davranışınız yanınızdakı insanlara örnək ola bilər. Alış-veriş zamanı iri məbləğlər xərcləməyin. Riskli anlaşmalara uymayın. Bu gün romantik münasibətləriniz sınaqdan keçəcək. Ona görə də indiyədək yaşatdığınız xəyallar və illüziyalarla vidalaşın.

Balıqlar – gün hadisələrlə zəngin olacaq. Yaşam aktivliyiniz aşağı səviyyədədir. Bir qədər keçdikdən sonra yorğunluq hiss edəcəksiniz. Həddən ziyadə yorğunluq əhval-ruhiyyənizdə problemlər yarada bilər. Dincəlmək, istirahət etmək imkanı varsa – yararlanın. Bu gün ideyalarınız pis deyil, lakin onları tez reallaşdırmaq çox çətindir. Qonaqlıq, toy və ya dəvət aldığınız başqa bir tədbirə yollanmamaq imkanınız varsa, getməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi bir daha təhlil edin. Dost saydığınız insan əslində belə olmaya bilər.

 

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button