2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

BÜRCLƏR – 20 Dekabr

Qoç – yaxınlarınızla münasibətlərinizdə sirr və ya paradoks var. İfrata varmayın. Vədləri yerinə yetirin.

Buğa – maraqlarınızın toqquşduğu insanla dil tapmağa çalışın. Şəxsi maraqlarınıza həddən artıq diqqət yetirməyin. Ünsiyyət çevrənizi məhdudlaşdırın.

Saytların yığılması Saytlarin yigilmasi

Əkizlər – yaxınlarınız və ya sevdiyiniz insan sizə laqeyiddirsə, sinirlənməyin. Onların problemi var. Günün ikinci yarısında başlayacağınız işləri başa vurmağa can atın.

Xərçəng – qısa müddətdə bitirəcəyiniz işləri görün. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, iradlar irəli sürməyin. Fikrinizi ən dürüst mövqe saymayın.

Şir – cari işgüzar maraqların çərçivəsində qalmağa çalşıın. Layihələrinizi təkmilləşdirin. İşlərin axarını nəzarətdə saxlamağın çətinlik yaratdığı yerlərdəki xaosu aradan qaldırın.

Qız – maraqlı və qeyri-adi ideyalarınız yarana bilər. Mənfi situasiyalarda belə, bəxtiniz gətirə bilər. Günün ikinci yarısında hansısa nöqsanı aradan qaldırmaq, münaqişənin yaranmasına imkan verməmək üçün istifadə edin.

Tərəzi – anlaşma, müqavilə, mühüm qərar, böyük məbləğdə xərcləri təxirə salın. İzafi xəbər axarına uyaraq işlərdən ayrılmayın.

Əqrəb – günün ilk yarısında ciddi işlər planlaşdırmayın. Son nəticəyə əhəmiyyətli dərəcədə təsir edə biləcək səhv ehtimalı böyükdür. Diqqətsizliyiniz və ya xarici amillərin təsiri nəticəsində maliyyə maraqlarınıza zərbə dəyə bilər.

Oxatan – səylərinizi tərəfdaşınız və ya həmkarınızla birləşdirərək ümumi tapşırığın öhdəsindən gəlməyə, problemi həll etməyə çalışın. Münasibətləri aydınlaşdırmağa çalışmayın: konstruktiv söhbət alınmayacaq. Səylərinizi stabilliyin qorunmasına yönəldin.

Oğlaq –  yaxınlarınızla ünsiyyət, son vaxtlar yaranmış fikr ayrılıqlarının nizamlanması üçün yaxşı gündür. Son vaxtlaradək münaqişədə olduğunuz və ya sürəkli mübahisə etdiyiniz insanlarla da dil tapa bilərsiniz.

Dolça – ailədə stabil vəziyyətin bərqərar olması üçün ciddi güzəştlərə və ya qurbanlara ehtiyac duyulmur. Uzunmüddətli planlaşdırma ilə məşğul olarkən niyyətinizin perspektivlərini dəqiq qiymətləndirin.

Balıqlar – maliyyə məsələlərini həll etmək, əmlak bölgüsünü reallaşdırmaq, müvafiq sənədləşdirmə aparmaq olar.

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button