2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Buryatiyada səfərbərlik: Adamlar ailələrini və iş yerlərini atıb tayqa meşələrinə qaçırlar

Ukraynada ölən buryatların sayı Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir

Saytların yığılması Saytlarin yigilmasi

Buryatiyada səfərbərlik kütləvilik miqyasına və çoxsaylı pozuntulara görə müşahidəçilər tərəfindən ən çətinlərdən biri adlandırılır.

Sakinlər çağırış vərəqələrinin əlillərə, çoxuşaqlı atalara, eləcə də səhhəti ilə bağlı heç vaxt xidmət etməyənlərə, hətta ölənlərə gətirilməsindən danışır.

Buryatiyanın rəhbəri Aleksey Tsydenov belə pozuntuların olduğunu etiraf edib, lakin “səhvən” çağırılanların hamısının evlərinə qaytarıldığını bildirib. O belə adamların 70 nəfərə yaxın olduğunu deyib.

Amma səfərbər olanların qohumları və dostları bu sözləri təkzib edir və iddia edirlər ki, həmin şəxslər nə toplama məntəqəsindən, nə də təyin olunduqları hərbi hissədən bir daha geri qayıtmayıblar.

-Ulan-Udedə səhər saat 7-8 radələrində rəhmətə getmiş qardaşımın adına olan çağırış vərəqəsi ilə gəlnimizin qapısını döyüblər. O, polisə yoldaşının iki il əvvəl öldüyünü deyib. Üzr istəyib getdilər. Ulan-Udedə poliqrafiya sahəsində çalışan Natalya Semenova deyir ki, bu Buryatiyada yeganə hal deyil.

Alena Xarlamova adlı qız isə yazır ki, iki il əvvəl vəfat edən əmisi üçün gəliblərmiş.

Hüquq müdafiəçiləri Rusiya qanunvericiliyində “qismən səfərbərlik” anlayışının olmadığını bildirirlər. Bu da nəzəri baxımdan hər kəsin orduya şağırılması anlamına gəlir. Nəticədə, çağırılanların çoxu ədalətə ümid etmədən Rusiyanı tələsik tərk edir – əksər hallarda onlar Buryatiyadan qonşu Monqolustana qaçırlar. Hətta sərhəddə artıq uzun-uzadı tıxac yarandığı da deyilir.

Səfərbərlik altına düşən sakinlər ailələrini və iş yerlərini tərk edərək, sadəcə olaraq tayqaya meşələrinə qaçırlar. Kişilərin bəzilərinin pasportu yoxdur, sərhədi keçə bilmirlər, insanlar sadəcə meşəyə gedirlər, gizlənirlər.

“Sibir.Realii”yə müraciət edən Buryatiyanın bir neçə sakini deyib ki, onların əvvəllər səhhətinə görə xidmət etməyən qohumları da çağırış vərəqələri verilib.

– Atamın 45 yaşı var, heç vaxt qulluq etməyib, xidmətə yararlı deyil. Dünən qapı zəngi çalındı. Onun imza atmasını təkid etdilər. Atam xaç işarəsi qoydu, – Ulan-Udedən Alena (ad dəyişdirilib) deyir. Məhkəməyə müraciət edəcəyini deyən Alena hələki vəkilin də buna zəmanət vermədiyini vurğulayır.

Adının çəkilməsini istəməyən Kurumkanski rayonunun sakinlərindən biri tanışlarına çağırış gəldiyini, xidmətə yararsız olmasına baxmayaraq evə getməsinə, xırda əşyalarını yığmasına belə imkan verməyiblər. O sadəcə zəng vurub, Transbaykaliyaya, təlim-məşq toplanışına aparıldığını deyə bilib.

“Azad Buryatiya” müharibə əleyhinə fondunun həmtəsisçisi Viktoriya Maladayeva sözlərinə görə, 4 min səfərbərlik planı olmasına baxmayaraq sentyabrın 21-də 5 min adama çağırış vərəqələri verilib.

– 5 mindən çox adamın səfərbər olunması sentyabrın 21-nə keçən gecə olub, indi bu rəqəm iki dəfə artıb. Qəsəbə rəisləri, polislər ümumiyyətlə, xidmət keçməyən, döyüş təcrübəsi olmayan 54, 56, 58 yaşlı kişilərə çağırış vərəqələri verirlər. Ailədəki bütün kişilərə – həm kürəkənə, həm də ər, oğul və ataya çağırış vərəqəsi verən ailələr bizimlə əlaqə saxlayır. Bu, sadəcə olaraq Buryatiyada ağlasığmaz dəhşətdir, Müqəddəs Varfolomey gecəsi, heç kim yatmırdı. Bütün gecəni insanları yataqdan qaldırmaq, gecənin bir yarısında qapını döymək...

Ukrayna ilə müharibədə həlak olan əsgərlərin sayına görə Buryatiya Rusiya regionlarının liderlərindən birinə çevrilib. Buryatiyadan olan hərbçilər arasında ölüm, rəsmi məlumatlara görə, regionda hər 100 min nəfərə 60 nəfəri ötür. Bu, Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir.

Sentyabrın 21-də isə Putin bütün Rusiya ərazisində qismən səfərbərlik elan edib. Bu təxminən 300 min rusiyalının orduya cəlb olunması deməkdir. Putinin bu qərarının elanından sonra Rusiyada etiraz aksiyaları başlayıb. Çağırışdan yayınmaq istəyən rusiyalılar müxtəlif ölkələrə üz tutmaqdadılar.

Sentyabrın 24-də isə Rusiya prezidenti könüllü təslim olmaya görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

Rusiya fevralın 24-də qonşu Ukrayna ərazisinə hücum edib. Müharibə hələ də davam edir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button