2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Buş administrasiyası Klintonu dəstəkləyəcək

Keçmiş respublikaçı prezident Corc Buşun administrasiyası Klintonla Trampın prezidentlik yarışında Demokratlar Partiyasının namizədini dəstəkləyəcəyini elan edib.

«The Washington Post»la «ABC News»un birgə rəy sorğusunun nəticələrinə görə, Hillari Klinton respublikaçı rəqibindən 8 xal öndədir. Sorğu seçicilərin hər iki namizədi riyakar saydığını da üzə çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

«ŞƏXSƏN MƏN…»

Sabiq prezident Corc Buşun keçmiş köməkçisi Lezlee Vestine seçkilərdə Hillari Klintonun namizədliyini dəstəkləyəcəyini söyləyib.

Buş administrasiyası zamanında Ağ Evin ictimai əlaqələr şöbəsində çalışan və prezident köməkçisinin müavini olan Vestine Klintonu dəstəkləyəcəyini ictimailəşdirən respublikaçılardan biridir:

«Dövlətimizin üzləşdiyi sınaqlar qətiyyətli və təcrübəli rəhbərlik istəyir. Ona görə də bu gün şəxsən mən Hillari Klintonu dəstəkləyirəm.Onun iqtisadiyyatı inkişaf etdirmək, iş yerləri açmaq və Amerikanı daxildə və xaricdə qorumaq təcrübəsi var. O, Amerika dəyərlərinə sadiqdir».

Vestine Tramp-ı nədən dəstəkləmədiyini açıqlamayıb.

Vestinedan daha öncə də biznes və siyasət sahəsində çalışan bir çox respublikaçı Klintonu dəstəklədiyini elan etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button