2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Buster”li günlərimiz varmış: Bu “doza”, o “doza”dan deyil 

“Mən ötən həftə koronavirusa yoluxdum və bir neçə gündən sonra sağaldım. Həkimlə məsələhətləşdim, bildirdi ki, “Omikron” ştamının əlamətləridir. Boğaz ağrısı, nəfəs darlığı, halsızlıq, üşütmə 3 gün çəkdi. Virusa qalib gəlsəm də, ciddi problemlə üzləşmişəm. Operativ Qərargahın tələbinə görə, fevralın 15-ə qədər üçüncü doza peyvənd vurdurmalyıam. Əks halda işə buraxılmayacağam. Amma həkim deyir ki, yoluxub sağalanlar gərək, azı 5 ay peyvənd olmasın. Bilmirəm nə edim…”

Bu sözləri Pressklub.az-a Bakıda zavodda işləyən Elşən Səfərov deyir. O, peyvənd olarsa, səhhətinə pis təsir edəcəyindən qorxur, peyvənd vurdurmasa isə işini itirəcək.  

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, yanvarın ortalarından etibarən vüsət alan yoxuma bu günə qədər olan bütün rekordları qıraraq gündəlik 8 minə yaxınlaşıb. Mütəxəssislərin dəyərləndirməsinə görə, bu rəqəm xəstələnənlərin çox kiçik hissəsini təşkil edir. Reallıqda isə gündəlik yoluxma qat-qat artıqdır. Çox sayda insan “Omikron”a yoluxub, amma test vermədiyi səbəbindən qeydiyyata düşməyib. 

Xatırladaq ki, fevralın 15-dən COVID sertifikatının etibarlılıq müddətinə dair tələb dəyişir. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin vaxt bitdikdən sonra istehsalçının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını (buster doza) aldıqda müddətsiz olacaq.

Nazirlər Kabineti bununla bağlı mövcud qaydalara 2021-ci il dekabrın 30-da dəyişiklik edib. 

Qeyd edək ki, tələblərə görə, bundan sonra restoran və ticarət mərkəzlərində buster doza tələb olunacaq. Habelə bu, toylara da aid edilir. Hazırda 150 nəfərlik şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi indiyə qədər 4.7 milyon şəxsə iki, 2.4 milyona isə buster doza vurulduğunu açıqlayıb. 

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Baxış Pressklub.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu barədə dəflərlə açıqlamalar verilib və izah edilib. “PCR testi verib rəsmi olaraq qeydiyyata düşən şəxsdə immun sertifikat formalaşır və 5 ay keçdikdən sonra buster peyvənd vurdura bilər. PCR testi verməyən və qeydiyyata düşməyən şəxslər isə peyvənd oluna bilərlər, tibbi cəhətdən bunun heç bir halda təhlükəsi yoxdur”, – o vurğulayıb.

Həkim, markoloq Müşfiq Hüseynov isə Pressklub.az-a bildirib ki, Azərbaycanda insanların əksəriyyət “Omikron” ştamına yoluxub, ona görə də, Operativ Qərargahın sözügedən qərarı əhəmiyyətini itirib: “Tibbi göstərişə görə, xəstələnmiş insanlar vaksin vurdura bilməzlər. Çünki yoluxan insanlarda immunitet formalaşır. Ölkədə növbəti dalğa artıq zirvədədir, hesab edirəm ki, bir neçə gündən sonra xəstə sayında azalma başlayacaq. Bundan sonra Operativ Qərargahın üçüncü doza vaksin vurulması ilə bağlı tələbinin heç bir mənası yoxdur. Yəni bu saatdan sonra 3-4 dozanın mənası yoxdur”. 

M.Hüseynov xatırladıb ki, artıq ölkələr bir-birinin ardınca pandemiyanın bitdiyini elan edir: “Gör neçə ölkə bu addımı atdı? İyunun 1-dən ölkənin sərhədlərini hər kəsə açmaq lazımdır”.

E.Eldaroğlu

The post “Buster”li günlərimiz varmış: Bu “doza”, o “doza”dan deyil  appeared first on Press Klub.

““Buster”li günlərimiz varmış: Bu “doza”, o “doza”dan deyil ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button