2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Buta Airways qiymətləri endirir?

Bakı/14.01.22 Azərbaycanın “Buta Airways” loukosteri  “Büdcə” tarifi üzrə  29 avrodan başlayan qiymətə aviabilet satışını bəyan edib. Bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi, şirkətin məlumatında deyilir.

“Büdcə” tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Buta Airways” KİV və sosial şəbəkələrdə AZAL-ın ünvanına kütləvi tənqidlər fonunda əvvəlki minimal tarifin geri qaytarıldığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Buna Ermənistanın “Flyone Armenia” şirkəti tərəfindən  Yerevandan İstanbula reyslərin 45 dollar səviyyəsində elan edilməsi barədə informasiya səbəb olub.  Buta İstanbula biletləri 55 avrodan satırdı.

Qeyd edək ki, Buta Airways-in 29 avro həcmində minimal tarifi, çox güman ki, deklarativdir, çünki bu qiymətə bilet almaq, demək olar ki, mümkün deyil.—06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button