2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

‘Bütün bunların birbaşa Ramiz Mehdiyevlə əlaqəsi yoxdur’

Dünən, fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidməti bildirdi ki, akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar bu qurumdakı postunu tərk etməyə qərar verib. Mətbuat xidmətinin qeyd etməsinə görə, akademik deyib ki, onun bu qərarına son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

R.Mehdiyev 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri postundan bu vəzifəyə gəlib. Hələlik, o, yalnız Təhlükəsizlik Şurasının üzvü postunda qalır.

Bundan sonra Azərbaycan elmində, siyasətində nələr dəyişəcək?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a deyib ki, R.Mehdiyev amili cəmiyyətdə həmişə birmənalı qarşılanmayıb: “Daha çox tənqid hədəfinə çevrilib. Cəmiyyətin bütün seqmentləri Ramiz Mehdiyev amilinə tənqidi mövqe göstərib. Bu, heç kəsin günahı deyil, bu özünün əməllərindən doğan yanaşmalardır”.

Onun fikrincə, R.Mehdiyev baş vermiş hadisələrdən nəticə çıxarmalıdır: “Bundan sonra kitab, memuar da yaza bilər. Amma bu kitablarda Azərbaycan dövlətçiliyinə təhlükə törədə biləcək fikirlərdən uzaq olmalıdır. Yaxşı olardı ki, o, bundan sonrakı həyatını sakit, qalmaqaldan uzaq bir ömür yaşasın və nə özünü narahat etsin, nə də cəmiyyətin əsəbləri ilə oynasın”.

Deputat qeyd edib ki, ona bənzər Azərbaycan dövləti üçün problem yarada biləcək şəxslər var: “Onlar da bundan nəticə çıxarmalıdırlar. Sözdə deyil, həm də əməldə cənab prezidentimizə, onun dəst-xəttinə sədaqətlə xidmət etməlidirlər”.

Deputatın deməsinə görə, indi Elmlər Akademiyasına gənclərin gəlişi yasaqlanıb, bəzi alimlər onlara göstərilən münasibətlə bağlı küsüb gediblər. O hesab edir ki, alimlərin yetişdirilməsi ənənəsi bərpa olunmalıdır: “Bunun üçün Elmlər Akademiyasının rəhbərliyinə yüksək peşəkar, olduqca milli, həm də innovator düşüncəli alim gəlməlidir”.

Siyasi şərhçisi Ərəstun Oruclu isə R.Mehdiyevin getməsi ilə ölkədə hər hansı əsaslı dəyişikliklərin olacağını düşünmür: “Ona görə ki, burada fərdlərdən söhbət getmir, söhbət sistemdən gedir”.

O, AzadlıqRadiosuna bildirib ki, ölkədə siyasi sistemin normal olması üçün bir neçə amil var: “Hansılar ki, təmin olunmalıdır. Ən başlıcası qanunun aliliyi. O, təmin olunmayacaqsa, heç bir dəyişiklik olmayacaq. Və yüksək ehtimalla da olmayacaq. Biz görürük ki, getdikcə ölkədə rejim daha da sərtləşdirilir, məhdudiyyətləri artıran qanunlar qəbul olunur”.

Elmə gəlincə, Ə.Oruclu qeyd edib ki, Azərbaycanda elmi inkişafın bazası yanlış qurulub: “Elmi köhnə sovet modeli ilə bir Akademiyanın əlində cəmləşdiriblər”.

Politoloq hesab edir ki, elm üçün indiki şəraitdə böyük vəsaitlər lazımdır: “Dövlət büdcəsindən bu vəsaitlər ayrılmır, ayrılanda da bir hissəsi mənimsənilir. Ramiz Mehdiyev bunu öz məqaləsində göstərmişdi və dediyində müəyyən həqiqət var”.

Onun sözlərinə görə, elmin inkişafı üçün təhsil bazası möhkəmləndirilməlidir: “Təhsil isə bizdə addım-addım geriyə gedir. Yəni, bütün bunların birbaşa Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. Dolayısı əlaqəsi var. Çünki o bu sistemin dayaqlarından, quruculardan biridir”.

Akademik Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Prezident Administrasiyasına rəhbərlik edib. Daha sonra AMEA prezidenti seçilib.

Həmin dövrdən də hakimiyyətə yaxın bəzi kütləvi informasiya vasitələrində ona qarşı tənqidlər başlayıb. O, belə tənqidlərdə Azərbaycanda Rusiyanın adamı, rus dilinin inkişafında xidmətləri olan şəxs kimi təqdim edilib. Bu yaxınlarda isə bir sıra şəxslər onu AMEA-da islahatlara maneə kimi göstərir və istefasını tələb edirdilər. Onun istefasını açıqlamasından az əvvəl isə qurumun mətbuat xidməti ona hücum və tənqidlərə cavab vermişdi. “Açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində əsas rollar xalq arasında daha çox “avtobus”, yaxud “cib müxalifəti” kimi tanınan müxtəlif partiya liderlərinə… ayrılıb”, – açıqlamada yazılırdı.

24 saat” “
‘Bütün bunların birbaşa Ramiz Mehdiyevlə əlaqəsi yoxdur’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button