2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bütün Rusiyanın patriarxı Azərbaycan və Ermənistan dini liderlərini xalqları sülhə hazırlamağa çağırıb

Bakı/13.10.21 Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin oktyabrın 13-də keçirilən üçtərəfli görüşü başa çatdıqdan sonra Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bəyanat yayaraq, II Qareginə və Şeyxülislam Allahşükür Paşazadəyə görüşə hazır olduqları üçün təşəkkürünü bildirib.

“Azərbaycan və Ermənistan xalqları üçün birgə yaşamaqdan başqa bir gələcək yoxdur. Bu gün insanların bir-birinə etimadını bərpa etmək, qonşunu hörmət və qarşılıqlı yardıma hazırlıqla qarşılamağı yenidən öyrənmək xüsusi əhəmiyyət kəsb edir”, deyə bəyanatda bildirilir.

“Dini liderlər dinlər və insanlar arasında yaxşı qonşuluq mühitini yaratmaq və dəstəkləmək məqsədinə xidmət edir. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyə, hərbi əsirlərin azad edilməsi prosesinə şərait yaratmağa və dinc vətəndaşların həyatı üçün təhlükə daşıyan icazəsiz silahdan istifadəyə yol verməməyə çağırırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Gələcəkdə bütün qüvvələrin kin dilindən uzaq durması, münaqişə zonasında hərbi əməliyyatlara çağırmaqdan imtina etməsi vacibdir. Gəncləri aqressiya və radikalizm əhval-ruhiyyəsinə uymamağa çağırırıq”, deyə bəyanatda qeyd edilir.

Bir gün əəvvəl Kirill Paşazadə ilə ayrıca görüş keçirib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button