2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Buzovna çimərliyi hasarlardan azad edilir: “Adi adamlar bura gələ bilmirdilər”

Bakının Buzovna qəsəbəsidə yaşayan Şəyavuş Daşdəmirov may ayından bəri hər bazar günü dəniz sahilinə gəlib qayalıqları təmizləyən qrupa qoşulur.

Onlar deyirlər ki, bu qayalıqlar uzun illər zəbt edilib, adamların dənizə gedən yolunu bağlayıb. Yerli sakinlər dəniz sahilinin hasarlanması ilə bağlı illərdi aidiyyətli qurumlara narazılıqlarını bildiriblər.

Buzovna qayalıqları ilə bağlı videonu Youtube kanalımızda, bu linkdə izləyin.

Saytların yığılması Saytlarin yigilmasi

Buzovna sakini Şəyavuş Daşdəmirov deyir ki, indiyə kimi onlarla belə təmizlik aksiyasına qatılıb.

“1972-ci ildə məktəbdə oxuyanda bax bu qayanın üstündə mənim adım da var, Səyavuş yazılıb ora. 1972-ci ildə, o vaxtlar mod idi gəlib zübillə adımızı yazırdıq. Yəni ki, bu qayalığa məktəb illərindən gəlib-gedən uşaqlar olmuşuq. Burada yaxınlıqda oluruq. Buralar hamısı qızıl-sarı qum idi. Demək istəyirəm ki, bu qayalığın əvvəldən axıra kimi görmüşük, istəyirəm həmin vəziyyətə düşsün. Dənizə çirkab suları axıtmasınlar. Bu qayalar bağlanandan sonra bütün çirkab sular dənizə axır”, – Şəyavuş Daşdəmirov bildirib.

Aksiyaya ətraf mühit fəalları və ətraf ərazilərdən qoşulanlar da olur.

Səkinə Əliyeva
 

İstirahət günləri Buzovna sahillərində övladları ilə gəzintiyə çıxan Səkinə Əliyeva deyir ki, özü şəhərdə yaşasa da dincəlmək üçün doğulduğu, uşaqlıq, gənclik illərinin keçdiyi bu qayalıqlara gəlir.

“Çox fəxr edirəm ki, burada abadlıq işləri görürlər, hər şeyi düzəldirlər. Uşaqlıqda biz bu qayalıqda çox olmuşuq, oynamışıq, şəkillərimiz var, heyif, bu qayalıqları heç etmişdilər. İndi bu qayalığın belə olmağı bizi hədsiz sevindirir. Adi adamlar bura gəlib dincələ bilmirdilər. Çünki hər bucağı tutulmuşdu”, – Səkinə Əliyeva deyib.

Sahilin hasarlanmasına ölkə pezidenti də münasibət bildirib və elə sahildəki qayaların üzərini zəbt etmiş evlərin, hasarların sökülməsinə də ondan sonra başlanıb.

“Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Və kimlər bu qanunsuz əməllərə əl atıb dövlət məmurları, onların da siyahsı var. Və bəzi dırnaqarası sahibkarlar. Bu tarixə, bizim təbiətimizə qarşı cinayətdir”, – Prezident İlham Əliyev çıxışında deyib.

Sonradan Bakı şəhər icra hakimiyyəti Buzovnada dəniz sahilini zəbt edən hasarları uçurmağa başlayıb.

Yerli sakinlər deyirlər ki, aidiyyətli qurumların başa çatdırmadığı söküntü işlərini onlar hər həftəsonu bura gəlib təmizləməyə məcbur olurlar.

Qədir Mirzəyev

Buzovna sakini Qədir Mirzəyev deyir ki, “qayalıqlar 10-15 ildir atılan tullantıların altında itib-batıb”.

Sakinlər qayalıqlardakı tikinti tullantılarını təmizləyib qumu ələyirlər ki, qayaların ətrafındakı ərazilər çimərlik üçün yararlı olsun.

Hər bazar qayaların ətrafını təmizləməyə gələn Nicat Ağayev hesab edir ki, “Bu ərazilər təbii sərvətidir və təmizlənib gələcək nəsillərə ötürülməlidir”.

Seyfulla Azər

Aksiyasının təşkilatçısı Seyfulla Azər deyir ki, ərazidəki qayaların çoxunun hasarı sökülsə də, bəzi yerlərdə hələ də bu hasarlar qalır.

“İki yarımçıq sökülmüş tikili var. Qayalıqda yarımçıq sökülüb, amma dövlətin mülkiyyəti sayılan sahil zolağında dayanan evlər var. Dörd tikili də var ki, onlar heç sökülməyiblər. Hasarları geri çəkilməli olan bağlar da var ki, onların hasarları qayaların üstündə durub. Onlar dala çəkilməlidir ki, təbii sərvət azad olsun. Buna görə də Prezident fərman verib ki, bu cür unikal qaylar azad olsun və özü də şəxsən bu barədə danışıb, vurğulayıb. Prezidentin diqqətinə, fərmanına zidd olaraq bu qayalıqdan geri çəilmək istəməyən insanlar var”, – Seyfulla Azər bildirib.

Sakinlər Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərini günahlandırırlar ki, onlar qayalıqları qapadan hasarların hamısını sökməyiblər.

Buzovnada qayalıqları zəbt edən villa

BBC News Azərbaycanca sözügedən qurumlardan sakinlərin ittihamları ilə bağlı cavab ala bilməyib. Biz ərazidə hasarı dənizə qədər uzanan ev sahibləri ilə də danışa bilmədik, bu evlərdə kimsə yox idi.

Hər bazar günü Buzovnaya gəlib hasarı sökülmüş qayalıqları təmizləyənlər isə ümid edirlər ki, onlaırn bu aksiyası daha geniş ictimai dəstək ala bilsə, Xəzər boyu bəzi yerlərdə zəbt olunmuş sahillərin də hasarı söküləcək.

24 saat” “Buzovna çimərliyi hasarlardan azad edilir: “Adi adamlar bura gələ bilmirdilər”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button