2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

BVF rəhbərindən bədbin proqnoz: “Tənəzzülə doğru gedirik”

“2023-cü ilin qlobal iqtisadiyyatın böyük hissəsi üçün çətin il olacaq”.

Bu barədə Beynəlxalq Valyuta Fondunun ( BVF ) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

Georgiyeva deyib ki, yeni il qlobal iqtisadiyyat üçün əvvəlki illə müqayisədə daha çətin olacaq, çünki üç ən böyük iqtisadiyyatın – ABŞ,Çin, Aİ və Avropa İttifaqının artım templəri birlikdə yavaşlayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

BVF rəhbəri Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından Aİ ölkələrinin “çox ciddi təsirləndiyini” də qeyd edib . Georgiyevanın sözlərinə görə, 2023-cü ildə Aİ ölkələrinin yarısı tənəzzülə uğrayacaq.

O, həmçinin vurğulayıb ki, Avropa hökumətləri çətin şərtlərə baxmayaraq “yıxılmayacaq”.

Kristalina Georgieva müsahibəsində həmçinin bildirib ki, Çində müşahidə olunan COVID-19 infeksiyalarının sayının artması qısa müddətdə qlobal iqtisadiyyata mənfi təsir göstərəcək. O, həmçinin enerji təchizatında Rusiyadan müstəqilliyə nail olmaq istəyən Avropa ölkələrini 2023-cü ildə “sərt qış”la üzləşəcəyinə əminliyini ifadə edib.

 

The post BVF rəhbərindən bədbin proqnoz: “Tənəzzülə doğru gedirik” appeared first on 24 saat.

“24 saat “BVF rəhbərindən bədbin proqnoz: “Tənəzzülə doğru gedirik”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button