2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Cəbhəçi gənc Elmar Hüseynovun məzarı başındakı çıxışına görə şərlənib həbs olundu VİDEO

Orxan Baxışlı Elmar Hüseynovun Əliyev hakimiyyəti tərəfindən qətlə yetirildiyini dediyinə görəcəzalandırıldı

 

AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı narkotiklə şərlənərək həbs olundu. Mayın 8-də Yasamal Rayon Məhkəməsində gənc fəal barəsindəilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Orxan Baxışlıya qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik) maddəsi ilə ittiham irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Orxan Baxışlı mayın 6-da metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı parkda mülki geyimlilər tərəfindən oğurlanmış, xeyli müddət onun yeri barədə heç bir məlumat olmamışdı. Sonradan onun Yasamal Rayon Polis İdarəsindəsaxlandığı bəlli oldu.

AXCP sədri Əli Kərimli gənc fəalın həbsinə münasibət bildirərkən vurğulayıb ki, Orxan Baxışlı mayın 3-də – Beynəlxalq Söz Azadlığını Müdafiə günündə qətləyetirilmiş jurnalist Elmar Hüseynovun məzarı başında etdiyi çıxışa görə şərlənib. Cəbhəçi gənc həmin çıxışında Elmar Hüseynovun Əliyev hökuməti tərəfindən qətləyetirildiyini bildirib.

“AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlını 6 gün öncə Elmar Hüseynovun qəbri üstündə etdiyi bu çıxışa görə şərləyib həbs ediblər.

Hökumət Orxan Baxışlını az qala Pablo Eskobar (kolumbiyalı narkobaron-milyarder) elan edəcəkmiş. Orxan bəyə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (satış məqsədilə külli miqdarda narkotik) ittiham irəli sürülüb. Budur İlham Əliyevin Cümhuriyyətin 100 illiyinə hazırlaşması. Bir neçə gün öncə də sifarişli məhkəmədəMüsavat partiyası Şirvan təşkilatının sədri Əlikram Xurşudov şərlənərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İlham Əliyev ətrafımızda baş verən dinc inqilablardan, köklü dəyişikliklərdən yanlış nəticə çıxarıb. Repressiyalar indiyədək heç bir avtoritar hakimiyyəti sona qədər qoruya bilməyib. Onun hakimiyyətini də qoruya bilməyəcək”, – Əli Kərimli “facebook” səhifəsində yazıb.

Qeyd edək ki, CM-nin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdətutulub.

Azadlıq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button