Loading...
Loading...
Manşet

Cəbhədə nə baş verir? – RƏSMİ

artileriyaHərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb.

Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan artilleriya qurğularından intensiv atəşə tutulub.

Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir:

“Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata ictimaiyyətə əlavə məlumat veriləcək.

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”.

Gözdən qaçırmayın:  Bayden Putinə meydan oxudu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun