ÖLKƏ

Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tərtəri atəşə tutur – SON DƏQİQƏ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button